|
Hərb / 05.07.2008 11:03 Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub
Ermənistan silahlı qüvvələri iyulun 4-ü saat 20:35-dən başlayaraq gecə saatlarına qədər fasilələrlə atəşkəs rejimini pozub. Erməni ordusu Xocavənd və Füzuli rayonlarının adsız yüksəklikləri, eləcə də Füzulinin Qərvənd, Tərtərin Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin məlumatına görə, bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|