|
Siyasət / 05.07.2008 10:27 “Ergenokon” əməliyyatına maraqlı adamlar cəlb edilir
Prezident Abdulla Gül hadisələri diqqətlə izlədiyini deyib
Türkiyədə “Ergenokon” əməliyyatı ilə bağlı həbslər davam edir. İstintaq nəticəsində 21 nəfər həbs edilib. Onların arasında ən son tutulanlardan Ankara Ticarət Palatasının başqanı Sinan Aygün də var. Onunla birgə 4 nəfər də istintaqa cəlb edilib. Qeyd edək ki, “Ergenekon”la bağlı araşdırmalar nəticəsində həbsdə ehtiyatda olan ordu generalları var. Ordu generallarından Şənər Əruyğurun səhhətində problemlər yaranıb və o, xəstəxanaya aparılıb. Diqqət çəkən məsələlərdən biri də budur ki, Astananın paytaxt elan edilməsinin 10-cu ildönümü münasibətilə Qazaxıstanda səfərdə olan Türkiyə prezidenti Abdulla Gül “Ergenekon”la bağlı danışıb. A, Gülün bildirdiyinə görə, baş verənləri çox diqqətlə izləyir. O, qeyd edib ki, hər nə olsa da ölkənin milli və strateji hədəflərinə kölgə salınmamalıdır. Türkiyə prezidenti məsələnin siyasi olması ilə bağlı suala cavab vermək istəməyib. Ancaq neçə vaxtdır ki, bu həbslərin hakimiyyətin marağı nəticəsində həyata keçirilməsi ilə əlaqədar məlumatlar yayılır. Qeyd edək ki, "Ergenekon" əməliyyatı ilə bağlı ümumilikdə 21 nəfər saxlanıb. Banıçiçək /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|