|
Hadisə / 04.07.2008 23:01 Ermənistan müxalifəti yürüşə başlayıb
Aksiya iştirakçıları «Matenadaran» meydanından Şimal prospektinə qədər yürüş etməyi və orada oturaq aksiyaya başlamağı planlaşdırır
Ermənistan müxalifətinin İrəvan keçirdiyüi mitinqin iştirakçıları yürüşə başlayıb. Ermənistan Ümummilli Hərəkatı aksiya iştirakçılarını qayda-qanuna riayət etməyə və təxribatlara uymamağa çağırıb. Müxalifətçilər paytaxtın Şimal prospektinə qədər yürüş keçirmək və orada oturaq tətilə başlamaq niyyətindədir. Qeyd edək ki, erməni müxalifətinin «Matenadaran» meydanında keçirdiyi mitinq icazəsiz keçirilir. Gündüz saatlarında polis meydanı dövrəyə alsa da, sonradan müxalifət nümayəndələri ilə aparılan danışıqlar nəticəsində aksiya iştirakçıları meydana buraxılıb. Xatırladaq ki, 1 mart kütləvi iğtişaşlarından sonra İrəvanda ilk kütləvi etiraz aksiyası iyunun 20-də keçirilmişdi. Hakimiyyət orqanları həmin mitinqə də icazə verməmişdi. Lakin polis aksiyanın keçirilməsinə mane olmamışdı. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|