|
Hadisə / 04.07.2008 19:37 «Taliban»çılara yönəlmiş aviazərbələr 22 dinc sakinin ölümünə səbəb olub
Əfqanıstanın Nuristan əyalətində həyata keçirilmiş hərbi əməliyyatdan əvvəl təhlükəsizlik tədbirləri görülsə də, tələfatdan qaçmaq mümkün olmayıb
Əfqanıstanın Nuristan əyalətində koalisiya qüvvələrinin aviasiya hücumu nəticəsində 22 dinc sakin həlak olub. Məlumatı «Reuters» agentliyi rəsmi orqanlara istinadən yayıb. Məlumata görə, hücum zamanı yolla içərisində adamlar olan iki yük maşını keçirmiş. Yerli icra nümayəndəsi Ziya Ül Rəhman bildirib ki, kolaisiya qüvvələrinin tapşırığı əsasında sakinlər ərazidən evakuasiya edilib. Çünki kolaisiya qüvvələri «Taliban» döyüşçülərinə qarşı əməliyyat hazırlayırmış. Görülmüş təhlükəsizlik tədbirlərinə baxmayaraq, tələfatdan qaçmaq mümkün olmayıb. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|