|
Siyasət / 04.07.2008 21:25 Ermənistanda oturaq tətil başlayır
Ölkə müxalifəti kölgə hökumətinin yaradıldığını elan edib
Ermənistan müxalifəti bu gündən oturaq tətilə başlayır. Bu bəyanatla hazırda İrəvanda keçirilən mitinqdə Ermənistan Ümummilli Hərəkatının nümayəndəsi Levon Zurabyan çıxış edib. O bildirib ki, Levon Ter-Petrosyanın başçılıq etdiyi Ermənistan müxalifəti kölgə hökuməti yaradır. Fəaliyyətdə olan hökumətin alternativi Erməni Milli Konqresi adlanacaq. Mənsəd, hazırkı hakimiyyətlə mübarihə aparmaqdır. Qeyd edək ki, bu dəqiqələrdə Mtenadaran qədim əlyazmalar muzeyinin binası qarşısında icazəsiz mitinq keçirilir. Aksiyada təxminən 10 min nəfərin iştirak etdiyi bildirilir. Müxalifət oturaq aksiyanın yerini müəyyənləşdirsəsə də, elan edib ki, növbəti mitinq avqustun 1-də keçiriləcək və Serj Sarkisyanın hakimiyyəti ələ keçirməsinin 100 gününə həsr olunacaq. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|