|
Hadisə / 04.07.2008 17:56 Biləsuvar sakini küçədə dünyasını dəyişib
Famil Mənsimovun ürək çatışmazlığından öldüyü ehtimal olunur
Biləsuvar sakini küçədə ürək çatışmazlığından dünyasını dəyişib. Yasamal rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, rayonun Mikayıl Müşfiq küçəsi, 13 saylı binanın qarşında 52 yaşlı Biləsuvar rayon sakini Famil Mənsimovun meyiti aşkar edilib. Mərhumun üzərində zorakılıq əlamətləri olmayıb. F. Mənsimovun ürək çatışmazlığından dünyasını dəyişdiyi ehtimal olunur. Faktla bağlı ekspertiza təyin olunub, araşdırma aparılır.
Anar Məmmədov /ANS Press/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|