|
İqtisadiyyat / 04.07.2008 18:04 Palmali Şirkətlər Qrupu daha iki iri tonnajlı tanker alıb
Əvvəllər Harmony və Champion adlandırılan tankerlər Azərbaycan və Bakı adlarını daşıyacaq
Bu günlərdə Palmali Şirkətlər Qrupu iki iri tonnajlı tankeri əldə etməklə donanmasının yükdaşıma qabiliyyətinin daha da artırıb. Yaponiya istehsalı olan hər iki tankerin dedveyti 105 min tondan artıqdır, uzunluğu 237, 74 metr, eni 43 metrdir. Tankerlərin alqı-satıqı müqaviləsinin dəyəri 160 milyon dollardır. Palmali şirkətinin Bakı filialının mətbuat xidmətindən verilən məlumata görə, bu gəmilərlə Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Aralıq dənizinə nəql olunan neftin dünyanın müxtəlif limanlarına daşınmaları həyata keçiriləcək. Violetta limanına təhkim olunan tankerlər Malta bayrağı altında üzəcək. Əvvəllər Harmony və Champion adlandırılan tankerlər Azərbaycan və Bakı adlarını daşıyacaq. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|