|
Siyasət / 04.07.2008 16:43 Türkiyə Baş naziri əsəbləşdi
Baş nazir medianı hüquqi nəzakətə çağırdı
Türkiyənin baş naziri Təyyub Ərdoğan bu gün yerli qəzetlərə qarşı əsəbi açıqlama verib. O, bildirib ki, hələ hakim partiyaya qarşı ittihamnamə ortada olmadan bəzi qəzetlər şişirdilmiş məlumatlar yayıblar. Söhbət Türkiyənin Baş prokuroru Abdurrahman Yalçınqayanın hakim partiyanın bağlanması ilə bağlı qaldırdığı iddiadan gedir. Ərdoğan əsassız məlumatların yayılmasından narazı olduğunu bildirib və medianı hüquqi nəzakəti aşmamağa çağırıb. Baş nazir Baş prokurorun iddia qaldırması ilə bağlı da bəzi məsələlərə toxunub. O, deyir ki, heç bir siyasi naliyyət təsadüfi deyil. Ərdoğanın sözlərinə əsasən, siyasət milləti bütün olaraq qucaqlamaq deməkdir. “Saqallı olduğu üçün insanları işə almayanlardan olmadıq, "mən iş yerimə saqqallı və bığlı olanları əsla almaram" şəklində bir anlayış içində deyilik. Bu gün dünyanın hansı ölkəsində belə bir anlayış var? Bu millətin övladlarının əli öpülür. Bizə səs verməyənlərin də xidmətindəyik”. Banıçiçək Məmmədli /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|