|
Siyasət / 04.07.2008 15:41 Levon Ter-Petrosyanın ailəsi Ermənistanı tərk edib
Bu günkü mitinqlə əlaqədar paytaxt İrəvana aparan bütün yollar bağlanıb
Ermənistanın “Ayoç aşxar” qəzetinin yaydığı məlumata görə,1-ci prezident Levon Ter-Petrosyanın ailəsi Ermənistanı tərk edib. "Mediamaks” agentliyinin verdiyi məlumata görə, iyulun 3-də həyat yoldaşı Lüdmila Ter-Petrosyan və gəlini Lilit 3 uşağı ilə birlikdə İrəvandan ABŞ-a yollanıb. Qəzetin yazdığına görə, ailə üzvlərinin bileti bir istiqamətdə olub və onların çoxlu yükü olub. Bu isə o deməkdir ki, L.Ter-Petrosyanın ailəsi İrəvanı uzun müddətə tərk edir. Eks-prezidentin yeganə oğlu David Petrosyan isə 2007-ci ilin dekabrından Amerikada yaşayır. Xəbər verdiyimiz kimi, bu gün Ermənistan müxalifəti İrəvanın mərkəzindəki "Matenderan" meydanında mitinq keçirəcək. Qeyd edək ki, İrəvan meriyası müxalifətə şəhərin mərkəzində mitinq keçirməyə icazə verməyib və alternativ yer kimi “Dinamo” və yaxud “Razdan” stadionlarını təklif edib. Bu günkü mitinqlə əlaqədar paytaxt İrəvana aparan bütün yollar bağlanıb. Bütün marşrut taksilərə paytaxta sərnişin daşımasına qadağa qoyulub./ANS Press/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|