|
Siyasət / 04.07.2008 15:24 İyulun 6-də Qazaxıstanda dövlət başçılarının qeyri-formal sammiti keçiriləcək
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov məlumat verib
İyulun 6-də Qazaxıstanın paytaxtı Astananın 10 illik yubileyi çərçivəsində dövlət başçılarının qeyri-formal sammiti keçiriləcək. Bu barədə bu gün mətbuat kofransında Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin də iştrak edəcəyi tədbirə 3 min qonaq dəvət olunub. Səfir, qeyri-formal xarakter daşıyacaq sammitdə əslində çox ciddi məsələlərin müzakirə ediləcəyini bildirdi. Onun sözlərinə görə, yubiley tədbirləri çərçivəsində habelə dövlət başçıları arasında iki və üçtərəfli görüşlər də olacaq. Müzakirə ediləcək məsələlər arasında isə əməkdaşlıq, regionda vəziyyət, terrorla mübarizə və s. olacaq. Regionun əsas layihələrindən olan "Nabukko" qaz kəmərinə dair mövzunun da müzakirəsi istisna olunmur. Serik Primbetov, bildirib ki, hazırda "Nabukko" layihəsinin texniki-iqtisadi əsaslandırılması gedir. "Hesablansın, görək necəyə başa gəlir. Və biz də baxaq görək hansı daha ucuzdur. Çünki bunun alternativi olaraq "Cənub axını" layihəsi də var. Biz İtaliya ərazisindən Avropaya çıxmaq istəyirik". /ANS Press/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|