|
Siyasət / 04.07.2008 15:19 Çexiyanın xarici işlər naziri: "Azərbaycanın ərazi bütövlüyünün qorunmasını da dəstəkləyirik"
Karel Şvartsenberq bu gün azərbaycanlı həmkarı ilə görüşüb
"Dağlıq Qarabağ münaqişəsi - regionun ən böyük münaqişəsidir". Bunu bu gün azərbaycanlı həmkarı ilə görüşdə Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq bəyan edib. Ölkəsinin Qarabağ məsələsində tutduğu mövqeyini açıqlayan xarici işlər naziri problemin birmənalı şəkildə sülh yolu ilə həll olunmasını vacib sayıb. “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və sülh yolu ilə həllini istəyirik. Biz inanırıq ki, bu dövrdə məsələ iki tərəf arasında danışıqlar yolu ilə həll olunmalıdır. Bu vaxt çətinliklər ortaya çıxır. Ancaq beynəlxalq mühit imkan vermir ki, münaqişələr yaransın və onlar yenidən alışsın. Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Bu zaman Azərbaycanın ərazi bütövlüyünün qorunmasını da dəstəkləyirik. Biz tərəfləri səbrli olmağa çağırırıq. Çexiya bu məsələdə həmişə köməyə hazırdır”. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|