|
İç Xəbər / 04.07.2008 15:05 İyulin 8-də I qrup ixtsası üzrə imtahanların keçirilməsi üçün Bakıda 50, Sumqayıtda 7, Naxçıvanda 2 bina ayrılıb
İmtahanların nəticəsi iyulun 11 və12-də elan olunacaq
İyulun 8-də I qrup ixtisası üzrə imtahanların keçirilməsi üçün Bakıda 50, Sumqayıtda 7, Naxçıvanda 2 bina ayrılıb. Bu haqda ANS PRESS-əTələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə Bakıda 30.883, Sumqayıtda 4812, Naxçıvanda isə 1251 abituriyent imtahanda öz biliklərini sınaqdıan keçirəcək. Məleykə Abbaszadə bildirib ki, I qrup ixtisası üzrə imtahanların nəticəsi iyulun 11-12-də elan olunacaq.
Gülnaz Qənbərli /ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|