BU GÜN21.11.2008
HAVA
BAZAR
NAMAZİşa
18:55
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Xüsusi Reportaj / 06.07.2008 11:31
Bakıda 400 min nəfərə bir kitab mağazası düşür (FOTOSESSİYA)
Bakıda təxminən 150-ə yaxın kitab mağazası olub, bu gün isə onların sayı təqribən 8-dir

Sovet İttifaqı vaxtında Bakıda təxminən 150-ə yaxın kitab mağazası olub. Bu gün isə onların sayı təqribən 8-dir:

1. Bakı Sovetində, Sabir bağı ilə üzbəüz yerləşən, Milli Elmlər Akademiyasına məxsus “Akademik kitab” mağazası

2. N. Gəncəvi adına muzeyin 1-ci mərtəbəsində yerləşən Milli Elmlər Akademiyasına məxsus “Akademiya kitab mərkəzi”

3. Qız qalasının yanında kitab mağazası,

4. 3-cü mikrorayonda “Dostum” kitab mağazası

5. “Bukinist” mağazası

6. Fəvvarələr meydanındakı “Əli və Nino”

7. Fəvvarələr meydanında Prezident Aparatına məxsus “Kitab Evi”

8. Puşkin küçəsində “Əl Huda” kitab mağazası.

Bəzən bu kitab mağazalari iri reklamlı ticarət mərkəzlərinin yanında elə itirlər ki, heç gözə də dəymirlər. Bakıda hazırda 3 milyona yaxın adamın yaşadığını nəzərə alsaq, təqribən 400 min nəfərə bir kitab mağazası düşür. Əlbəttə, 150 rəqəminin yanında 8 çox cılızdır. Görəsən, bu cılızlıq azərbaycanlı oxucuların azlığı, yoxsa kitab biznesinin gəlirsizliyi ilə bağlıdır? “Kitab klubu” MMC-nin 2004-2006-cı illərdə 2000 respondent arasında keçirdiyi sorğuda respondentlərə cəmi bir sual verilib: “Son 1 ildə kitab oxumusunuzmu?”. Rəyi soruşulan 2000-nəfərin cəmi 10 faizi bu suala müsbət cavab verib. Amma “Kitab klubu”nun rəhbəri Elxan Rzayev hesab edir ki, kitab bazarı bəlkə də göründüyü kimi az deyil. Belə ki, rəyi soruşulanların böyük hissəsi bildirib ki, əgər kitabı evə, yaxud da işə gətirsəydilər, məmnuniyyətlə oxuyardılar. Baş çəkdiyimiz bir sıra kitab mağazalarında əhalinin rəyini biz də öyrənməyə çalışdıq. Oxucular qiymətlərin baha olmasından, yaxud da axtardıqları kitabı tapa bilməmələrindən şikayətləndilər.

Elxan Rzayevin sözlərinə görə, kitabı əsasən bir qədər oturuşmuş cəmiyyətlərdə daha çox oxuyurlar. Müəyyən keçid olan, iqtisadi münasibətlərin dəyişdiyi, insanların daha çox öz yaşayışlarını təmin etmək uğrunda mübarizə aparmağa başladıqları bir vaxtda kitab az oxunur. Çünki insanın gündəlik həyatında problemlərdən vaxt qalmır. Bu mənada oxucuların azalmasında müəyyən iqtisadi və keçid dövrünün təsirləri var.

Amma müəyyən mənada istehlakçı bazarı qalır. Sadəcə olaraq işi qurmaq lazımdır. Azərbaycanda bu bazar kiçik olduğu üçün obyektiv olaraq ölkədə çap edilən kitabın orta tirajı çox aşağı olur. Məsələn, ölkədə orta tiraj 500 nüsxədir. Bu isə kitabın maya dəyərinin qalxmasına səbəb olur. Qiymətin yüksək olması da bazarda alıcılıq qabiliyyətinə bir qədər də mənfi təsir göstərir.

İkinci məslə isə bundan ibarətdir ki, Azərbaycandakı nəşriyyatların 90 faizi sifarişə işləyir. Yəni müəllif əlyazmasını nəşriyyata verir, bütün xərcləri cibindən ödəyir, nəşriyyat da bütün kitabları nəşr etdirir və qaytarır sifarişçiyə ki, necə satarsan satarsan. O da bir hissəsini dost-tanışa bağışlayır, bir hissəsini kitab mağazalarına verir. Bir hissəsini da evdə və yaxud da qarajda saxlayır.

Ümumiyyətlə, dünyada bir neçə üsul var.

1. Bazarda olan tələbata uyğun məhsul buraxmaq.

2. İstehlakçını yaratmaq yolu. Yəni elə tədbirlər görmək lazımdır ki, artıq mövcud olan məhsula, bazarda tələbat yaransın. Reklam vermək, təbliğat aparmaq və s.

Azərbaycanda kitab satışının qurulması, reklam olunmaması məhz kitab oxuyanların sayının azalmasının səbəblərindən biridir.
Amma dünyada kitab satışının çoxalması üçün tətbiq edilən başqa üsullar da var. Məsələn, bir sıra xarici ölkələrdə kafe-kitab mağazası şəbəklərinə rast gəlmək mümkündür. Burada insanları kitab mağazasına cəlb etmək üçün mağazanın xaricində kafe təşkil olunur. Təbii ki, haradasa həm ziyarət, həm ticarət eləmək istəyənlər ola bilər. Yaxud da elə kitab mağazaları olur ki, orada oturub saatlarla bir kitabı oxuya bilərsən, evə getməyə tələsəndə isə ayrılmaq istəmədiyin kitabı məcbur olub alacaqsan.
Təəssüf ki, Bakıda baş çəkdiyim heç bir kitab mağazasında bu cür şəraitlə rastlaşmadım. “Akademiya kitab mərkəzi"nin içində kifayət qədər geniş yer olsa da, orada da belə bir şərait yaradılmamışdı. Bu isə kitabın qiymətini görüb məzmunundan xəbəri olmayan alıcıların itirilməsi deməkdir. Bu baxımdan “Kitab klubu”nda şərait yaradılıb. Belə ki, istənilən şəxs bura gəlib istədiyi qədər kitab oxuya bilər.

Qeyd edək ki, “Kitab klubu”nda Azərbaycanda nəşr edilən demək olar ki, bütün kitablardan bir nüsxə olur. Və burada da sifariş vermək olar. Ümumiyyətlə, ziyarət etdiyim demək olar ki, bütün kitab mağazaları başqa ölkədən sifaişlə kitab gətirməyi təşkil etdiklərini bildirdilər.

Amma İqtisad Universitetində Bank işi fakültəsində III kursda təhsil alan Rəna deyir ki, müəllimi iqtisadiyyatla bağlı rusiyalı müəllifin kitabını oxumağı məsləhət bilib. Kitabla bağlı məlumatları toplayan Rəna şəhərdə tanıdığı 1-2 mağazaya baş vursa da, istədiyi kitabı tapa bilməyib. Ümidini qırmayan Rəna internetdə kitabla bağlı axtarışlara başlayıb və sifariş üçün nəzərdə tutulmuş xüsusi saytda bunu edib. Müəyyən məbləğə bir həftəyə həmin kitaba sahib olub.

Bu gün belə internet saytlarından kitab sifariş verən, yaxud da internet vasitəsilə hansısa kitabı öz kompüterinə yükləyənlərin sayı az deyil. Bu, bəlkə də tələb olunan kitabların mağazalardan tapılmaması üzündən və yaxud yeni nəslin hər şeyi kompüter vasitəsilə əldə etmək istəyindəndir. Qeyd edək ki, xaricdən kitab sifariş verənlərin, eləcə də kitab mağazlarından rus və xarici dillərdə bədii ədəbiyyat alanların sayı daha çoxdur. Məsələn, “Akademik kitab” mağzasının direktoru Əliağa Cəfərli bildirdi ki, əhali Azərbaycan dilində kitab almasa da, ingilis dilində bədii ədəbiyyatla daha çox maraqlanır.
Xarici Dillər Universitetinin alman dili fakültəsini bitirən Kəmalə də Azərbaycan dilinə tərcümə edilən kitabların keyfiyyətsizliyindən şikayətlndi və xaricdən məhz bu səbəbə kitab sifariş verdiyini bildirdi. Amma məhz dili öyrənmək üçün də xarici dildə bədii ədəbiyyat oxuyanların sayı da az deyil.
Kitab sifarişlərinin reytinqini hazırlayan “Kitab Klubu”ndan isə verilən məlumata görə, may-iyun aylarında ən çox tələb olunan - “Fərəh Pəhləvinin xatirələri”, Yaşar Nuri Güntəkinin “Yapraq Dökümü”əsəri , Kurt Davidin “Çingiz xan” kitabları olub. Bundan başqa “Autocad” “İCQ” kitabları da əhalinin daha çox aldığı, sifariş etdiyi dərgilər sırasındadır. Aytən Həmidova /ANS PRESS/

Fotolara burada baxa bilərsiniz.

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
21.11.2008
17:41 Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib
17:12 Emil Həsənov erməni cüdoçusunu məğlub edib
17:03 Diaspor ilə iş üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının xartiyası üzərində işi yekunlaşdırmaq üzrədir
16:55 Yaxın üç gün ərzində respublika ərazisində yağış yağmayacaq
16:50 Azərbaycanda ilk dəfə siyasi triller janrında lentə alınmış "Seçilən" filminin premyerası noyabrın 24-də olacaq
16:41 Sabirabad sakinindən külli miqdarda narkotik maddə götürülüb
16:31 Abdullah Gül: "Bu tarixi arzunun gerçəkləşməsi böyük əhəmiyyət kəsb edir"
15:49 Daxili İşlər Nazirliyində daxili işlər orqanlarının bir qrup əməkdaşına yüksək dövlət mükafatları təqdim edilib
15:41 Aeroport yolunda «Volvo» «Mersedes»ə çırpıldıqdan sonra dərəyə düşüb
15:33 Sabah 1700 zəvvar avtobus karvanı ilə Bakıdan Məkkəyə yola düşəcək
15:07 Yasamal rayonunda VAZ 2106 yoldan çıxaraq binaların arasına düşüb
14:01 Premyer-Liqa XII tur əvəzedici heyətlər (TƏQVİM)
13:01 Balakəndə ər keçmiş arvadının başını kəsib
13:00 Türkiyə prezidenti Milli Məclisin spikeri Oqtay Əsədovu qəbul edib
12:51 Azərbaycan millisinin iki oyunçusu Almaniyaya yollandı
12:43 Vardan Oskanyan müxalifətçi olmaq istəyir
12:33 Azərbaycanın 8 kikboksçusu Portuqaliyaya yollanır
12:26 ABŞ Türkiyənin vasitəçilik təklifinə ehtiyac görmür
11:54 «Terrorçu Bin Laden «Əl Qaidə»dən uzaqlaşıb»
11:52 Cüdo üzrə Avropa çempionatı bu gün start götürür
11:45 Azərbaycanın daha bir əsgəri ermənilərin açdığı atəş nəticəsində şəhid olub
11:15 2008-ci ilin əvvəlindən 14 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub
10:50 AzTV-dən «Amerikanın səsi» gəlməyəcək!
10:37 Suraxanıda ölümlə nəticələnən avtoqəza baş verib
10:26 Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini üç istiqamətdən atəşə tutub
10:20 Mehriban Əliyeva İstanbula səfərə yollanır
10:19 İstanbulda türkdilli ölkələrin parlament sədrlərinin toplantısı öz işinə başlayır
01:06 Bakıda mənzillər maya dəyərindən 3 dəfəyə qədər baha satılır
00:03 Türkiyədə həbs edilən 11 siyasətçi barəsində seçilmiş qətimkan rədbiri dəyişdirilib
20.11.2008
23:35 «Ermənistan fürsət pəncərəsini doğru dəyərləndirməlidir»
23:23 Kişi şahmatçılarımız heç-heçə etdi, qadınlar isə qalib gəldi
22:11 Nardaranda yeni idman zalı açılıb
21:38 “Azərbaycanın işğal edilmiş əraziləri boşaldıldıqdan sonra Qafqazda sülhə nail olmaq mümkündür”
20:39 Bu gün neftin qiymətində növbəti rekord ucuzlaşma qeydə alınıb
19:43 200 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğu quraşdırılacaq
18:45 Serj Sarkisiyan müxalifətlə Qarabağ problemini müzakirə edib
17:11 «Azərbaycan XXI əsrdə - uğurun strategiyası» mövzusunda keçirilən beynəlxalq konfransı öz işini başa vurub
16:38 Milli Məclisin üzvləri «Qolodomor»un 75 illiyi ilə bağlı Kiyevdə keçiriləcək beynəlxalq forumda iştirak edəcək
16:32 «Əl Qaidə» Obamaya xəbərdarlıq edib
16:15 Fəhlə daş kəsən mişarın arasına düşüb
16:03 Azərbaycan rəsmi nümayəndə heyətinin İranda apardığı danışıqlar başa çatıb
15:31 «Dağlıq Qarabağ və ətrafında olan yeddi rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir»
15:30 İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib
15:04 "22 nəfərin həlak olduğu 20 noyabr terroru ermənilərin və erməni dövlətinin terrorçu xarakterini nümayiş etdirir"
15:04 «Qondarma Dağlıq Qarabağ rejimi danışıqlar prosesində tərəf kimi iştirak edə bilməz»
14:47 Qusar rayonunda parkda abadlıq işləri aparan kran aşıb
14:31 Eurovision müsabiqəsində göbək oynadan Siruşo Robert Koçaryanın oğlu ilə nişanlanıb
14:08 "Akkord"un mərkəzi ofisində yanğın baş verib
14:06 Bu gün bodibildinq üzrə Dünya çempionatı start götürür
13:27 Tuncay Şanlı Türkiyə millisinə qələbə qazandırdı (CƏDVƏL)
13:20 Xocavənd səmasında törədilən vertolyot qəzasından 17 il keçir
13:10 «Azərbaycan Avrasiya məkanında sürətlə inkişaf edən və sabitliyi qorumağa cəhd edən ölkələrdən biridir»
13:06 Dünya Çempionatı 2010: Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri (CƏDVƏL)
12:54 Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin türbəsi qəzalı vəziyyətdədir
12:46 Qubanın 25 yaşayış məntəqəsinin yol problemi həll edildi
12:23 “ANS-PRESS” Nəşriyyat Evi uşaqlar üçün yeni nağıl və maarifləndirici kitablar nəşr edib
12:15 Türkiyədə PKK terrorçuları ilə türk silahlı qüvvələri arasında atışma olub
11:55 Dünya Çempionatı- 2010: Avstraliya və Cənubi Koreya liderdir (CƏDVƏL)
11:21 İrəvanda jurnalistlərə qarşı zorakılığa son qoyulması tələbilə etiraz aksiyası keçirilib
11:17 Ermənistan tərəfinin şəhid olmuş əsgər O.Şamilovun meyitini Azərbaycan tərəfinə təhvil verməsi prosesi (FOTOSESSİYA)
11:03 İngiltərə Almaniyadan revanş aldı...
10:59 Dünya bazarında neftin qiyməti 54 dollardan ucuz satılır
10:35 Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Orxan Şəmilov son mənzilə yola salındı (FOTOSESSİYA)
10:25 Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
01:08 Dünyada neftin ucuzlaşması nəticəsində OPEK-ə üzv ölkələr külli miqdarda pul itirib
01:07 Bu gün Bakıda növbəti əmək yarmarkası keçiriləcək
19.11.2008
23:35 Şahmat millimiz ermənilərə məğlub oldu
23:22 AŞPA Monitorinq Komitəsi Azərbaycandakı prezident seçkilərindən razı qalıb
23:05 Gürcüstanda təbii qazın paylanması hüququ ARDNŞ-ə verilib
22:08 Azərbaycan-Albaniya 1:1
21:48 Azərbaycanın tikinti bazarında böhran gözlənilir
20:48 «Palmali»nin yeni iritonnajlı tankeri «Bakı» adlanır
20:35 Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təyin edilib (TAM SIYAHI)
20:21 Üç Dövlət Komitəsində dəyişiklik edilib
19:40 Türkiyədə PKK terrorçuları daha bir zabiti şəhid edib
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^