|
Siyasət / 04.07.2008 12:44 Dövlət Sərhəd Xidməti 9 gəmini saxlayıb
Onlardan 7-i Rusiyaya, 2-i isə İrana məxsusdur
Bu ilin iyun ayı ərzində Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları axtarışda olan 62 nəfəri saxlayıb. Bundan əlavə Rusiyaya məxsus 7, İrana məxsus 2 gəmiyə də baxış keçirilib. Dənizə sənədsiz çıxdıqları üçün 7 qayıqda 17 nəfər Azərbaycan vətəndaşı saxlanılıb. İlin ilk altı ayının yekunlarına görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 46 hal müəyyənləşib. Ümumi dəyəri təxminən 745 min 419 manat olan qaçaqmal saxlanılıb./day.az/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|