|
İqtisadiyyat / 04.07.2008 12:46 Avqustda metronun «İçərişəhər» stansiyasında təmir başa çatacaq
Bu barədə Bakı metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib
Avqust ayının ortalarına qədər metronun «İçərişəhər» stansiyasının yenidənqurma işləri başa çatacaq. Bu barədə Bakı metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib. O qeyd edib ki, «İçərişəhər» stansiyası əhalinin xidmətinə fərqli dizaynda təqdim olunacaq. Metropolitenin rəisinin sözlərinə görə, sentyabrın 15-də isə əhalinin xidmətinə yeni «Nəsimi» metrostansiyası veriləcək. Yenidənqurma işlərindən sonra stansiyanın üzərindəki gümbəz forması piramida ilə əvəz olunmalıdır. Avqust ayında isə «28 may» stansiyasından Mirəli qaşqay küçəsinə yeraltı çıxış istifadəyə verilməsi nəzərdə tutulur.
«İçərişəhər» stansiyasında yenidənqurma işlərinə aprel ayında başlanılıb. İşlər hazırda elə vəziyyətə çatıb ki, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün stansiyaya giriş və çıxışı dayandırlıb.
1967-ci ildə istismara verilən Bakı metropoliteninin 20 stansiyası var. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|