|
Hadisə / 03.07.2008 23:21 Bolqarıstanda silah deposunda partlayış baş verib (FOTOSESSIYA)
Partlayışın baş verdiyi ərazinin yaxınlığında yerləşən yüzlərlə binanın pəncərələri sınıb
Bolqarıstanın paytaxtı Sofiya şəhərinin ətrafında yerləşən Çelopeçen rayonunda 20 ton partlayıcı maddənin olduğu silah anbarında partlayış baş verib. Patlayış nəticəsində rayonun üzərini qalın duman qatı örtüb. Partlayışın baş verdiyi ərazinin yaxınlığında yerləşən yüzlərlə binanın pəncərələri sınıb. Bundan əlavə bildirilir ki partlayış nəticəsində şəhərin tarixi hissəsində yerləşən rus mədəniyyət və informasiya mərkəzinin yerləşdiyi bina da zərər çəkib. İnsan itiksi barədə məlumat verilmir. İnsidentlə bağlı yaxın ərazidə yaşayan insanlar evakuasiya olunub. Sofiya hava limanı bağlanıb. Hadisə ilə bağlı fövqəladə vəziyyət elan olunub. Hazırda partlayışın səbəbləri araşdırılır. Bolqarıstanın müdafiə naziri Nikolay Tzonev partlayışdan sonra yaranan tüstünün zəhərli olmadiğını bəyan edib. Şəhərin meri Boyko Borisov isə yerli televizya və radio ilə yerli sakinlərə müraciət edərək yerli sakinləri evlərini tərk etməməyə və qapı pəncərələri bərk bağlamağa çağırıb. /ANS TV/ Şəkillərə burada baxa bilərsiniz
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|