|
İqtisadiyyat / 04.07.2008 01:31 Azərbaycanda tikinti üçün icazə almaq asanlaşacaq
Bu prosesdən sonra tikintiyə icazə alınma, layihənin təsdiqi və hazır obyektin qəbul edilməsi müddətləri faktiki olaraq iki dəfə azalacaq
Yaxın bir necə gün ərzində Azərbaycanda torpaq ayrılması və tikintiyə icazə verilməsini asanlaşdırmaq üçün tikinti işlərinin aparılmasının vahid proseduru qəbul olunacaq. Bu barədə məlumatı, İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı üzrə şöbə müdiri Samir Nuriev bildirib. Cənab Nuriyevin sözlərinə görə, artıq bu barədə fərman layihəsi Azərbaycan prezidentinin icra aparatında sonuncu razılaşmaları keçir. Yeni qaydalar tikinti şirkətlərinə yox, həm də tikinti işləri aparan bütün təşkilatlara aid olacaq. Həmni qaydalardan sonra tikintiyə icazə alınma, layihənin təsdiqi və hazır obyektin qəbul edilməsi müddətləri faktiki olaraq iki dəfə azalacaq. Bundan başqa, tikinti işlərini aparmaq üçün lazım olan prosedurların sayı da 31-dən 10-a düşəcək. Nazirlik bildirir ki, prosedurların və vaxtın azaldılmasına vahid pəncərə üsulu ilə nail olunub. Məsələ bundadır ki, tikinti ilə məşğul olanların əsas vaxtı və işi bunu maraqlı orqanlarla razılaşdırmağa sərfolunur. Əgər indiyədək bu razılaşmaları tikinti ilə məşqul olan şəxs özü aparırdısa, indi həmin işlə tikintiyə icazə verən orqan məşğul olacaq. Yeni qaydalarda tikinti ilə bağlı proseslər 3 mərhələyə bölünüb - tikintiyə icəzə verilməsi, obyektin layihələndirilməsi, və hazır obyekt. İcazə verilən zaman, obyektin tikiləcəyi rayonun icra hakimiyəti tikintiyə icazə verməzdən əvvəl, burada tikintinin mümkün olması haqda məsələləri komunal və digər xidmətlərlə özü həll edəcək. Yəni tikintini aparan şəxs bu məsələlərə qarışmayacaq. Layihələndirmə mərhələsində isə fövqəladə hallar nazirliyi layihənin ekspertizası üçün lazımi razılaşmaları özü aparacaq və nəticələr haqqında tikinti şirkətinə məlumat verəcək. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|