|
Hadisə / 03.07.2008 21:19 MDB Gömrük Şurası iki il ərzində yaradılacaq
Sergey Narışkin: «Rusiya Federasiya prezidenti tərəfindən təsdiqlənmiş qrafik əsasında Gömrük Şurasının yaradılması istiqamətində işlər görülür»
MDB Gömrük Şurası yaxın iki il ərzində formalaşacaq. Bu məlumatı Kreml administrasiyasının rəhbəri Sergey Narışkin verib: «MDB-nin prioriteti inteqrasiyadır. Rusiya Federasiya prezidenti tərəfindən təsdiqlənmiş qrafik əsasında Gömrük Şurasının yaradılması istiqamətində işlər görülür. Müvafiq sazişlər və baza sənədləri Düşənbədə imzalanıb. Şuranın fəaliyyətə başlamasına təxminən iki il qalıb». Sergey Narışkin jurnalistlərə onu da deyib ki, Gömrük Şurasının komissiya və komitələri də yaradılacaq. MDB məkanında inteqrasiya məsələləri ilə məşğul olan rusiyalı məmur deyib ki, bütün işlər plana uyğun aparılır. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|