|
Hadisə / 03.07.2008 12:40 Aqil Xəlili məhkəməyə polislər gətirib
Hakim vəkilin gəlişini gözləyir
Bu gün saat 10.30-da Nəsimi Rayon Məhkəməsində “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlillə əlaqədar məhkəmə prosesi başladı. Prosesdən məlumat verən ANS PRESS-in əməkdaşı məhkəmə iclasının başlayan kimi 1 saat müddətinə təxirə salındığını deyir. Buna səbəb - Aqil Xəlilin məhkəmə prosesinə gəlməməsi olub. Qeyd edək ki, Aqil Xəlil əvvəlcədən zərərşəkmiş kimi cəlb edildiyi bu məhkəmə prosesində iştirak etməyəcəyini bəyan edib. Nəsimi rayon məhkəməsi isə 1 uyul tarixində müxbirin məcburi olaraq məhkəməyə gətirilməsi haqda qərar çıxarıb. Xatırladaq ki, bu məhkəmədə A.Xəlilə basqında ittiham olunan Sergey Strekalinin əməlləri üzrə cinayət işi mühakimə edilir. Lakin jurnalist özü iddia edir ki, Strakalin ona basqın etməyib və iş istintaq tərəfindən saxtalaşdırılıb. Müxbirimiz məlumat verir ki, A.Xəlil Nəsimi rayon polis əməkdaşları tərəfindən məhkəməyə zorla gətirilib. Prosesə artıq “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov da qatılıb. Amma Aqil Xəlilin nümayəndəsi, vəkil Elçin Sadıqov olduğu üçün prosesdə növbəti dəfə fasilə elan edilib. Hakim Şahin Abdullayev məhkəmə iclasının yalnız nümayəndə gəldikdən sonra başlayacağını bildirib./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|