|
Hadisə / 04.07.2008 00:23 Bağdadda avtomobil partladılıb
Hadisə nəticəsində dörd nəfər ölüb, azı on nəfər xəsarət alıb
İraqın paytaxtı Bağdadda avtomobil partladılıb. Accociated Press agentliyinin məlumatına görə, partlayış nəticəsində dörd dinc sakin həlak olub, azı on nəfər xəsarət alıb. Agentlik yerli polisə istinadən xəbər verir ki, partlayış, Bağdadın qərbindəki Yarmouk xəstəxanasının yaxınlığında baş verib. Hadisənin təfərrüatları barədə hələlik heç bir məlumat verilmir. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|