|
İqtisadiyyat / 02.07.2008 19:17 Vahid Ələkbərov “Nikoyl” bankın səhmlərinin 53,1 faizinə sahib olub
"Topaz İnvestments" bankın ümumi dəyəri 11,955 mln manat dəyərində olan 5 977 500 ədəd adi səhmini alıb
"Lukoil" neft şirkətinin prezidenti Vahid Ələkbərova məxsus “Topaz İnvestments” şirkəti Azərbaycanda fəaliyyət göstərən “Nikoyl” bankının səhmlərinin 53,1 faizinə sahib olub. Şirkət bankın ümumi dəyəri 11,955 mln manat dəyərində olan 5 977 500 ədəd adi səhmini alaraq, bankın idarə olunması üçün nəzarət səhm paketini əlinə alıb. Bu barədə bu gün “Lukoill” şirkətinin prezideti Vahid Ələkbərovun iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib. Bu sövdələşmədən sonra "Nikoyl" bankınını nizamnamə kapitalı 22,5 mln manat olub. Aytən Həmidova/ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|