|
İqtisadiyyat / 02.07.2008 19:09 Vahid Ələkbərov: "Ucuz neft dövrü bitdi"
Bunu başa düşmək lazımdır...
“Bu gün dünyada kimsə neftin qiymətini bilsə o, dünyada ən zəngin insana çevrilərdi. Çünki bu gün heç kəs, nə ən yüksək səviyyəli ekspertlər, nə də ki iri şirkətlərin rəhbərləri (mənim həmkarlarım) bunu bilə bilməz. Hələ yarım il əvvəl mənə bəzi qiymətlərlə bağlı proqnoz vermişdilər. Amma bu gün hər şey başqa cürdür". Bunu bu gün keçirilən mətbuat konfransında Bakıda səfərdə olan "LUKoil" neft şirkətinin prezidenti Vahid Ələkbərov neftin qiymətinin artması ilə bağlı verilən suala cavab verərkən bildirib. "Başa düşmək lazımdır ki, ucuz neft dövrü artıq bitib. Daha ucuz neft olmayacaq. Çünki, bu gün neftə olan tələbat artır. Bu gün maliyyə, texnika, kadr potensialı olan neft şirkətləri əldə edilən resursların çatışmazlığı ucbatından yataqların işlənməsinə çoxlu sayda maddi vəsait yatırmağa məcburdur. Ərəb ölkələri də maksimum neft hasil edirlər, çoxlu sayda maddi vəsait olmadan neftin kəskin artırılması gözlənilmir. una görə də ucuz neft olmayacaq. Amma neftin qiymətinin proqnozunu verə bilmərəm. Çünki elə bir yüksək səviyyəli ekspert də tanımıram ki, yaxın zamanlarda belə bir proqnoz verə bilsin", deyə V. Ələkbərov qeyd edib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|