|
Ordan-Burdan / 01.07.2008 15:16 Dünyanın ən gözəl xanımı titulu bu dəfə ukraynalı qadına verilib
Müsabiqədə, işləyən, eyni zamanda da ailəli olan xanımlar iştirak edib
Kalininqrada evli qadınlar arasında «Missis World-2008» müsabiqəsinin qalibi məlum olub. Briliyant tac Ukrayna təmsilçisi Natalya Şmarenkoya çatıb. Tamaşaçı simpatiyası mükafatı isə Sinqapur gözəli Kolin Fransiska Masona çatıb. Yeni dünya gözəli jurnalistlərə açıqlamasında 31 yaşı olduğunu, lakin hələlik uşaqları olmadığını deyib. O, həmçinin dünyanın müxtəlif ölkələrində uşaqlara kömək məqsədi ilə xeyriyyəçilik aksiyaları keçirdiyini də deyib. Nataşa bildirib ki, müsabiqədə qələbə ona bu işdə daha böyük imkanlar yaradacaq. Qeyd edək ki, müsabiqədə 18 yaşdan yuxarı olan evli qadınlar iştirak edə bilər. Müsabiqənin əsas ideyası - ictimaiyyətin diqqətini ailə dəyərlərinə yönəltməkdir. Bu il müsabiqədə 40 ölkənin nümayəndəsi iştirak edib. İştirakçılardan demək olar ki, heç biri əvvəllər model biznesi ilə məşğul olmayıb. Ötən il adıçəkilən yarışmanını qalibi Rusiya təmsilçisi Sofya Arjakoski olmuşdu. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|