BU GÜN07.10.2008
HAVA
BAZAR
NAMAZİşa
20:44
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Nəzər Nöqtəsi / 30.06.2008 10:12
Devid Kremer: "Biz Azərbaycanla olan əlaqələrimizə çox böyük əhəmiyyət veririk"
ABŞ digər ölkələrlə bərabər Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına çalışır

Amerika Birləşmiş Ştatlarının dövlət katibinin insan haqları və demokratiya məsələləri üzrə köməkçisi Devid Kremerin müsahibəsi:

- Cənubi Qafqazda demokratiya və insan haqları ilə bağlı vəziyyətlə əlaqədar Gürcüstanda, Azərbaycanda, yoxsa Ermənistanda özünüzü daha rahat, daha təhlükəsiz hiss edirsiniz?

- Mən özümü hər ölkədə təhlükəsiz hiss edirəm və bu həftə hər üç ölkəyə səfər edəcəm. Bu ölkələrin hər biri unikaldır, özünəməxsus problemləri var. Eyni zamanda, Amerika Birləşmiş Ştatları ilə özünəməxsus əlaqələri vardır. Bu üç ölkə üçün ümumi olan isə ondan ibarətdir ki, bu ölkələrin biz daha demokratik inkişaf etməsini görmək istəyirik. Yəni insan hüquqlarına daha çox hörmət edən ölkələr olmasını görmək istəyirik. Mən istər Azərbaycanda, istərsə də digər Cənubi Qafqaz ölkələrində bu haqda hökumət nümayəndələri ilə, vətəndaş cəmiyyəti, mətbuat nümayəndələri ilə görüşlər keçirəcəm. Bu görüşlərdə məqsəd bir daha bizim insan hüquqları və demokratiyaya Amerika Birləşmiş Ştatlarının verdiyi böyük əhəmiyyəti vurğulamaqdır.

- Buraya gəlməmişdən qabaq siz Ermənistanda olmusunuz və mənim bildiyimə görə, Ermənistanda Birləşmiş Ştatların səfirliyinin qarşısında ermənilərin etiraz aksiyası keçirilib. Nə istəyirdilər ermənilər? Narazılıqları nədən idi?

- Ermənistan səfərimdə birinci ölkə idi. Mən orada olanda həqiqətən də səfirliyin qarşısında etiraz mitinqi keçirilmişdi. Etiraz mitinqi keçirməkdə məqsəd mənim və mənim səfirlikdəki həmkarlarımın diqqətini həbsə salınmış redaktor məsələsinə cəlb etmək idi. Mən onların qarşısına çıxdım və qrupla görüşdüm. Onlar mənə məktub təqdim etdilər. Eyni zamanda, vəziyyət barədə məlumat verdilər. Heç şübhəsiz mən onlara dedim ki, artıq səfirlik bu məsələ ilə məşğul olmaqdadır. Biz Ermənistanda da, dünyanın hər bir yerində də olduğu kimi, bu cür adamların fikrini eşitməyə hazırıq.

- Bəs Azərbaycanda insan haqları və demokratiya ilə bağlı vəziyyəti, xüsusilə seçki ərəfəsində olduğumuz üçün neçə qiymətləndirirsiniz?

- Mən demək istəyirəm ki, biz Azərbaycanla olan əlaqələrimizə çox böyük əhəmiyyət veririk. ABŞ-la Azərbaycan arasında enerji və təhlükəsizlik sahəsində gözəl əməkdaşlıq var. Biz eyni zamanda, demokratiya və insan hüquqları sahəsində də əvvəlki sahələrə verdiyimiz qədər bərabər əhəmiyyət veririk. Biz insan huqları və demokratiyada daha çox irəliləyiş əldə olunmasını görmək istərdik və qarşıdan oktyabr ayında prezident seçkiləri gəlir. Biz bu seçkiinn əhəmiyyətini də vurğulayırıq. Lakin biz hökumət nümayəndələri ilə görüşməkdən savayı, eyni zamanda, adi adamlarla, müxalifət nümayəndələri, vətəndaş cəmiyyəti, mətbuat nümayəndələri ilə görüşlər keçirmək istəyirik. Vətəndaş azadlığı bizim gündəliyimizdə olan vacib məsələlərdən biridir. Bizim görüşlərdə qaldırmaq istədiyimiz məsələlər siyasi proseslərdir, mətbuatın azadlığıdır, vətəndaş cəmiyyətidir, qanunun aliliyidir və sair. Yəni bu, təkcə ABŞ- Azərbaycan əlaqələri üçün əhəmiyyətli olan məsələlər deyil, ümumiyyətlə Azərbaycanın bütün dünyada imici üçün, Azərbaycan üçün çox vacib olan məsələlərdir. Bizim də eyni zamanda gündəliyimizdə dayanır.

- Siz Azərbaycanda rəsmi şəxslərlə, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə, mətbuat nümayəndələri ilə görüşəcəksiniz. Onlarla görüşdə əldə etdiyiniz məlumata inanacaqsız?

- Biz müxtəlif mənbələrdən aldığımız məlumatları bir yerə toplayırıq. Bu məlumatı almaqda məqsəd ona inanmaq deyil. Bizim müxtəlif mənbələrdən aldığımız məlumatları, şayiələri, deyilənləri təsdiq etməkdir. Vacib olan ondan ibarətdir ki, hər bir ölkənin demokratik gələcəyini yalnız hökumət müəyyən etməməlidir. Qərar verilmə məsələlərində vətəndaş cəmiyyəti, adi adamlar, mətbuat, müstəqil və azad olan ədliyyə, hüquq sistemi, o cümlədən siyasi müxalifət də çox böyük rol oynayır. Amerika Birləşmiş Ştatları üçün bu, çox vacibdir. Adamlara seçim hüququ verilsin ki, mən bir kanala, yaxud bir neçə kanala baxmaq istəyirəm. Yaxud ölkənin demoktarik gələcəyi necə olmalıdır. Bütün bunlarda seçim etmək üçün qərar verən yalnız hökumət deyil. Daha geniş cəmiyyət-vətəndaş cəmiyyəti, mətbuat, müxalifət və digərləri olmalıdır. Odur ki, biz eşitdiyimiz hər bir məlumata inanmaq deyil, daha doğrusu, müxtəlif mənbələrdən aldığımız məlumatları bir daha təsdiqləmiş və ümumi vəziyyət barədə məlumata malik olmuş oluruq.

- Bilirsiniz sualı niyə verdim? Siz Ermənistanda olanda demisiniz ki, rəsmi məlumatlara inanmırsınız, daha çox Birləşmiş Ştatların Ermənistandakı səfirliyinin məlumatına inanırsınız. Bu baxımdan bu sualı verdim. Yəni, Azərbaycanda bu barədə etimad məsələsi necədir? Azərbaycanda da Amerikanın səfirliyinə inanmaq prioritetdir, yoxsa bizim rəsmi məlumatlara inanmaq olar?

- Mən Ermənistanda dediklərimə aydınlıq gətirmək istəyirəm. Mən demişdim ki, səfərlərə hazırlaşarkən ABŞ səfirliyindən aldığım məlumata bel bağlayıram, inanıram. Şübhəsiz ki, bu, həm Bakıda, İrəvanda, başqa yerlərdə də belədir. Çünki ABŞ səfirliyi bizim üçün əsas əlaqə məntəqəsidir və bu cür səfərlərə çıxarkən mən səfirliyimizdən, eyni zamanda Vaşinqtonda mənim həmkarlarımdan ən yaxşı məlumat, təhlil almış olandan sonra ölkələrdə dialoqa başlayıram. Bu cür məlumata malik olduqdan sonra elə bir etimad, inam səviyyəsinə malik olaq ki, hökumətlər arasında açıq və səmimi bir dialoq aparmaq olsun. O cümlədən demokratiya və insan hüquqları məsələsində də nəticələr çıxarmaq mümkün olsun.

- Demokratiya və insan haqları ilə bağlı vəziyyətdən danışanda, istər siz Birləşmiş Ştatlarının təmsilçiləri, istərsə də digər Qərb ölkələrinin təmsilçiləri daha çox Azərbaycana iradlar tuturlar. Necə bilirsiniz- hərbi münaqişələr demokratiyanın vəziyyətinə nə dərəcədə təsir göstərir? Yəni, belə münaqişələr olan yerdə, insan haqlarının, insan hüquqlarının təminatından danışmaq nə dərəcədə düzgündür?

- Biz ABŞ digər ölkələrlə bərabər Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına çalışır və mənim həmkarım Metyu Brayza bu məsələ ilə məşğuldur. O, münaqişənin həlli yolunu tapmaq üçün həm Bakıya, həm digər ölkələrə səfərlər edir. Vurğulamaq istərdim ki, hər bir münaqişənin olması ölkənin öz üzərinə götürdüyü insan hüquqları və demokratiya sahəsindəki öhdəlikləri yerinə yetirməməsi üçün bəhanə olmamalıdır. Əslində bizim Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini tapmağa çalışmağımızın səbəbləridən biri də budur. Ona görə ki, hər bir münaqişənin həll olunması insan hüquqları məsələsinin də həll olunmasını asanlaşdırır. Lakin bunu deməklə bərabər, bunu da vurğulamaq istəyirəm ki, ölkələrin öz vətəndaşları qarşısında üzərinə götürdüyü demokratiya və insan hüquqları sahəsindəki öhdəlikləri yerinə yetirməməsi üçün heç bir bəhanə olmamalıdır.

- Mənim yadıma Körfəz müharibəsi düşür. Bu müharibə zamanı Əl-Cəzirə kampaniyasının Bağdaddakı müxbir məntəqəsi dağıdıldı və bir müxbirlə bir operator öldürüldü. Bu, müharibə hərəkətləri nəticəsində baş vermiş hadisə idi və ümumiyyətlə adətən dövlətlərin münaqişə və müharibə şəraitində olarkən həmin dövlətin daxilində demokratiya mühiti xeyli məhdudlaşdırılır. Hətta bu, rəsmi şəkildə belədir.

- Mənim bildiyimə görə, Azərbaycanda fövqəladə vəziyyət şəraiti yoxdur və bu, eyni zamanda insan hüquqları ilə bağlı vəziyyətin cilovlanması, məhdudlaşdırılması və ölkənin öz öhdəliklərinin yerinə yetirilməsindən boyun qaçırmaq üçün səbəb olmamalıdır. Hərbi vəziyyətlər isə təhlükəlidir. Jurnalistlər cəsarətli peşə nümayəndələridir. Onlar öz işlərini görürlər. Xəbər, məlumat çatdırırlar və öz işlərini görməkdən ötrü həyatlarını risq altına alırlar. Bəzən buna görə ağır nəticə verməli olurlar və bu cür jurnalistlərin öldürülməsi bizdə böyük kədər hissi yaradır. Odur ki, jurnalistlərin işləməsi və dinc şəraitdə işləməsi üçün şəraitin olması çox vacibdir. Şübhəsiz ki, dinc şəraitdə müharibə şəraitindən daha çox imkan olur ki, insanlar adamlar bu cür öz vəzifələrini, funksiyalarını yerinə yetirə bilsinlər.

- Atəşkəs müqaviləsinin məqsədi heç də Azərbaycanda demokratiyanı inkişaf etdirmək deyildi. Dağlıq Qarabağ probleminin həllini sürətləndirmək idi. Təbii ki, atəşkəs müqaviləsi imzalanandan sonra insanlar Dağlıq Qarabağ münaqişəsinin həllini gözləyirdilər. Əgər bu məqsəd yerinə yetirilməyibsə- söhbət bundan gedir- Azərbaycanda demokratiyanın inkişafından nə dərəcədə danışmaq mümkündür?

- Mən bu fikirlə razı deyiləm ki, münaqişənin olması qanun pozuntularına, insan hüquqlarının pozulmasına yol vermək üçün yaşıl işıq yandırmış olur. Münaqişələr təhlükəli vəziyyət yaradır və buna görədir ki, biz Minsk qruppu həmsədrləri ilə birlikdə bu münaqişənin həll olunmasına çalışırıq. Lakin insan hüquqlarına hörmət və demokratik inkişafın cilovlanması üçün heç bir bəhanə, heç bir səbəb olmamalıdır.

- Madam ki, biz münaqişədən danışdınız. Bir fərd olaraq, şəxs olaraq- bilirəm bu məsələ ilə birbaşa məşğul olmursunuz- Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu siz nədə görürsünüz?

- Mən bu məsələdə Metyu Brayzanın çox, yorulmadan fəaliyyət göstərməsini görürəm və odur ki, danışmaq üçün onun deməyə sözü çoxdur. Mən də mpünaqişə ilə tanışam. Laikn elə bilirəm ki, Dövlət Departamentində bu mövzuda danışa biləcək ən yaxşı adam Metyu Brayza olardı.

/Hesabat Mir Şahinlə/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
07.10.2008
19:51 "Ermənilər hazırda müharibəni təbii sərvətlərə ziyan vurmaqla aparır"
19:22 «Qalatasaray», «Benfika» və «Herta» komandaları ilə səfərdə qarşılaşacaq
19:05 "Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar Avropaya inteqrasiya xəttidir"
18:36 ANS PRESS forumunun qonağı "Neftçi" komandasının baş məşqçisi Hans Yürgen Gededir
18:25 Prokurorun Bakı Şəhər İcra Hakimiyyətinin sabiq hüquq məsləhətçisi barəsində kassasiya protesti təmin edilməyib
17:39 "Real Madrid"in heyətində məşq keçəcək 4 azərbaycanlı futbolçu məlum oldu
17:38 Hyustonda 18-ci Beynəlxalq Türk Festivalı keçirilib
17:35 Türkiyə İraqın şimalında “bufer zonası” yarada bilər
17:21 19 il əvvəl törətdiyi cinayətə görə təqsirləndirilən Ağcabədi rayon sakininin məhkəməsi başlayıb
17:08 Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti İstanbulun Bələdiyyə başçısı olacaq
16:47 "Bankların kreditləri dayandırması sahibkarlara güzəştli kreditlərin verilməsinə təsir etməyib"
16:24 “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzi Tallində fəxri fərmanla təltif edilib
16:01 Kiyevdə Avropa Şurası ölkələrinin gəclər nazirlərinin konfransı keçiriləcək
15:56 UEFA kuboku qrup mərhələsinin püşkü atıldı (CƏDVƏL)
15:40 "Əgər stadionlara azarkeş gəlməsə, Azərbaycana lap Ronaldonu da gətirsəniz, çempionatın səviyyəsi qalxmayacaq”
15:34 Mingəçevir Şəhər Elektrik Şəbəkəsinin əməkdaşlarına hökm oxunub
15:31 «Dünya Bankının Azərbaycanda apardığı tədqiqatların nəticəsinə görə, mülkiyyətin qeydiyyatı sahəsində Azərbaycan 54 pillə irəliləyib»
15:21 İlham Əliyev Biləsuvar rayonuna səfər edib
15:20 Bakıda müsəlman dövlətlərində təhsilin səviyyəsi müzakirə olunub
14:54 Pan Gi Mun Gürcüstana dair yeni hesabat təqdim edib
14:49 Prezident seçkisində istifadə olunacaq seçki bülletenlərinin çapı başa çatdırılıb
14:37 “Tolişi Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun oğlu Emil Məmmədov azadlığa buraxılıb
14:18 Daniel Quiza: "Luis Araqones Fənərbaxçadan göndərilsə bu mənim üçün fəlakət olar"
14:07 Həmyerlisini qətlə yetirən Göyçay sakininə 11 il iş istənilib
13:47 “Kiçik sahibkarlığın inkişafı yolları” mövzusunda konfrans keçirilib
13:00 İranda qadınlar üçün xüsusi avtomobil hazırlanır
12:38 PKK əleyhinə əməliyyatda 23 terrorçu öldürülüb
12:15 Premyer-Liqa klublarının 17 yaş komandaları arasında keçiriləcək turnir start götürür
12:03 «Dövlət və din» ictimai fikir toplusunun yeni sayı çapdan çıxıb
12:01 Bakıda sahibkarlığın inkişaf yolları mövzusunda konfrans keçirilir
11:42 Oktyabrın 8-də qoşunların təmas xəttində monitorinq keçiriləcək
11:41 Ze Roberto "Bavariya"dan gedir
11:27 "Korrupsiya və inhisarçılıqla mübarizənin yenilənməsi kiçik və orta biznesin inkişafına böyük xidmət göstərir".
11:13 Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib
10:52 Bakıda gecə klubunda işləyən barmen, xadimə tərəfindən bıçaqlanıb
10:50 «Qafqazdakı vəziyyətdə İrəvan öz zəifliyini və həssaslığını başa düşür, buna görə də Qarabağ probleminin tezliklə həllini istəyir».
10:48 “Azərbaycan doğma diyar” devizi altında II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı keçiriləcək
10:38 Azərbaycanla Moldovanın Dövlət Sosial Müdafiə Fondları arasında saziş imzalanıb
10:30 Bu gündən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə yeni sərnişin aviareysləri həyata keçiriləcək
10:29 Qırğızıstanda zəlzələdən ölənlərin xatirəsinə matəm elan olunub
10:19 Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə pozub
01:25 Misir prezidenti müxalifətçi jurnalisti əfv edib
00:26 Beynəlxalq Memarlar günü Bakıda ilk dəfə qeyd edilib
06.10.2008
23:59 Zaur Tağızadə əməliyyat olunub
23:20 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti işləri ilə bağlı qaydaları sərtləşdirəcək
23:15 İlin 8 ayı ərzində MDB-də orta inflyasiya 17% təşkil edib
22:52 Yəməndə terrorçu qrup ifşa edilib
22:25 Bakıda intihar hadisəsi baş verib
22:04 Seçiciıərin 98,9 faizi şəxsiyyət vəsiqələri ilə təmin olunub
21:47 Macarıstanda qatar qəzası baş verib
21:12 Gözdən əlillərin prezident seçkilərində iştirak etməsi üçün bülletenlər hazırdır
20:28 İSESKO Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu münaqişənin tezliklə sülh yolu ilə həllini gözləyir
20:00 Kitabxana-informasiya sahəsinin inkişafı üzrə Dövlət Proqramı təsdiqlənib
19:42 İran hakimiyyəti Avropa Birliyinə məktub göndərib
19:33 Mərkəzi Univermağın dələduzluqda təqsirləndirilən satıcısı azadlığa buraxılıb
18:58 «Azərbaycanda təhsil prioritet istiqamətlərdən biridir»
18:37 Əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı bəyanat yayıb
18:03 Seksual xarakterli hərəkətlərdə təqsirləndirilən Sabirabad sakini məhkəmə zalında həbs olunub
18:02 Kişilərdə Rafael Nadal, qadınlarda Yelena Yankoviç 1 nömrədi
17:28 Xəzər dənizinin Azərbaycan sektorunda sahil zolağında 1027 monitorinq keçirib
17:27 Azyaşlı oğlunu satmaqda təqsirləndirilən Bakı sakininin məhkəməsi keçirilib
17:27 İlham Əliyev Qırğızıstan prezidentinə başsağlığı verib
17:12 Qızlardan ibarət Azərbaycan U-17 milli komandası sabah İtaliya yığması ilə qarşılaşacaq
17:10 Rəşad Haşımov patriotik mahnıya klip çəkdirib
17:06 Cəlilabada həşərat yağışı düşüb
17:05 Pulların həyatı
17:03 Nizami rayonunda məktəb soyulub
16:45 Sabah UEFA kuboku qrup mərhələsinin püşkü atılacaq
16:42 Dollar bahalaşıb
16:26 Ukraynanın səfiri Məzahir Pənahovla görüşüb
16:20 Qərbi Azərbaycan ziyalıları seçkiqabağı təbliğatla bağlı mətbuat konfransı keçiriblər
15:25 Bu gün islam ölkələrinin ali təhsil və elm tədqiqat nazirlərinin IV beynəlxalq konfransı başlayıb
15:21 Rusiya qoşunları Gürcüstan ərazisindəki məntəqələrindən geri çəkilməyə başlayıblar
14:52 Azərbaycan A milli futbol komandasının heyəti açıqlanıb
14:46 Manana Sevda Ələkbərzadə ilə duet oxuyacaq
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^