|
Mədəniyyət / 29.06.2008 12:58 Xanəndə Mənsum İbrahimov növbəti qastrol səfərinə hazırlaşır
Yayın ortalarında o, İstanbulun müxtəlif yerlərində altı gün konsert verəcək
Azərbaycan muğamını dünyanın müxtəlif ölkələrində layiqincə təmsil edən Mənsum İbrahimov növbəti qastrola hazırlaşır. Bu dəfə xalq artisti türkləri və iranlıları öz səsinin təsirinə salacaq. Belə ki, yayın ortalarında İstanbula yola düşən muğam ustası altı gün şəhərin müxtəlif yerlərində solo proqramla çıxış edəcək.
Mənsum İbrahimov həmişə olduğu kimi, bu dəfə də səfəri zamanı xalq mahnıları və muğamlara üstünlük verəcəyini bildirib. O, çıxış edəcəyi şəhərlərdə Azərbaycan muğamları haqqında məlumatlar verib, ustad dərsləri də keçməyi planlaşdırır. Daha sonra isə o, İrana səfər etməyi planlaşdırır. Xanəndənin sözlərinə görə, yayın istisinə baxmayaraq, yaradıcılığı ilə bağlı planları çox olduğundan, istirahətə nə zaman vaxt ayıracağı sual altındadır. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|