|
Ordan-Burdan / 28.06.2008 00:27 İran prezidenti həyat yoldaşı ilə ilk dəfə bir yerdə görünüb
Amma yenə də Mahmud Əhmədi Nejadın arvadını tanımaq mümkün olmayıb
İran prezidenti Mahmud Əhmədi Nejad həyat yoldaşı ilə ilk dəfə bir yerdə görünüb. 51 yaşlı prezident Tehranda bir konfransa qadını ilə birgə qatılıb. Amma yenə də onun arvadını tanımaq mümkün olmayıb. Qara çarşablı İran "First Lady"si qara eynək də taxıb.
Ancaq Mahmud Əhmədi Nejadın arvadının neçə yaşında olduğu və adının nə olduğu da bildirilməyib. Xanım Əhmədi Nejadın da əri kimi mühəndislik təhsili aldığı təxmin edilir.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|