|
Mədəniyyət / 27.06.2008 00:43 Ayasofiyada azərbaycanlı rəssamların sərgisi keçirilib
Sərgidə Azərbaycanın İstanbuldaki baş konsulu Səyyad Aran, xarici ölkələrin diplomatik korpuslarının rəhbərləri iştirak edib
Türkiyə Ayasofiya məscidində bu ölkədə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi keçirilib. Azərbaycan Demokratik Respublikasının 90 illiyinə həsr olunmuş sərgi Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı ilə keçirilib. Sərgidə Azərbaycanın İstanbuldaki baş konsulu Səyyad Aran, xarici ölkələrin diplomatik korpuslarının rəhbərləri, İstanbul valiliyi və bələdiyyəsinin nümayəndələri iştirak edib. Mərasim iştirakçılarına Bakıdan gətirilən Azərbaycan şirniyyatının nümunələri təqdim olunub. Sərgi muzeyə gələn əcnəbi turistlərin böyük marağına səbəb olub. /ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|