|
Mədəniyyət / 26.06.2008 12:56 Ermənilər Avroviziya-2009 –da qondarma erməni soyqırımından danışmaq istəyirlər
Serj Tankyan: “Avroviziya bizə dünyaya “ermənilərin soyqırımı” barədə danışmağa imkan verəcək və biz bu barədə düşünürük”
Ermənistanı Avroviziya-2009 beynəlxalq mahnı müsabiqəsində System OF A Down rok qrupunun lideri Serj Tankyan təmsil etməyi planlaşdırır. Bu barədə Ermənistanın "Panarmenian" agentliyi məlumat yayıb. Serj Tankyanın irəli sürdüyü yeganə şərt isə mahnıda qondarma erməni soyqırımı mövzusuna toxunulmasıdır: “Avroviziya bizə dünyaya “ermənilərin soyqırımı” barədə danışmağa imkan verəcək və biz bu barədə düşünürük”, deyə Serj Tankyan bu yaxınlarda Finlandiyaya səfər edərkən bildirib. Qeyd edək ki, siyasi fəal olan rok qrup artıq bir neçə ildir ki, ermənilərin 1915-ci ildə Osmanlı imperiyasında soyqırıma məruz qalması “faktının” tanınmasına çalışır.
Qeyd edək ki, bu cür siyasi motivli mövzular Avroviziya mahnı müsabiqəsində çox böyük uğura malikdir. 1976-cı ildə Yunanıstanı təmsil edən “Panaghia mou” mahnısı da Kiprin işğalı, 1993-cü ildə Bosniya və Hersoqovinadan olan ifaçının mahnısı da regiondakı müharibə haqqında idi. Ekspertlər hesab edirlər ki, 1996-cı ildə Böyük Britaniyadan olan ifaçının “Ohh Ahh Just” adlı mahnısı da soyqırım haqqında gizli mesaja malik idi. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|