|
Ordan-Burdan / 26.06.2008 00:57 Dubayda ilk hərəkətli göydələn tikiləcək
Şaquli radiusda öz ətrafında fırlanacaq evlərin sakinləri günəşin həm doğmasına, həm də batmasına tamaşa edə biləcəklər
Dubayda dünyanın ilk hərəkətli göydələni tikiləcək. Bu binanın sakinləri evlərinin mənzərəsini dəyişdirə biləcək, günəşin həm doğmasına, həm də batmasına tamaşa edə biləcəklər. Layihənin italyan memarı Devid Fişer verdiyi açıqlamada, 80 mərtəbədən ibarət binanın 420 metr olacağını və şaquli radiusda öz ətrafında fırlanacağını deyib.
Binada 1 kvadratmetri 30 min dollara nəzərdə tutulan 125 ilə 1 200 kvadratmetr arasında lüks evlər olacaq. Evin öz ətrafında fırlanmasını sahibi səslə idarə edəcək və fırlanma müddəti 3 saat davam edəcək.
Memar buna bənzər binanın 70 mərtəbəlisinin Moskvada, üçüncüsünün isə, Nyu Yorkda tikiləcəyini deyib. Dubayda tikiləcək ilk hərəkətli bina isə, 2010-cu ildə başa çatacaq və ilkin dəyəri 700 milyon dollar nəzərdə tutulur. /ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|