|
Ordan-Burdan / 25.06.2008 15:06 İtaliyada qətldə şübhəli bilinən beş erməni həbs edilib
Həbs edilənlər cinayət başında yaxalanıb
İtaliyada qətl təşkil etməkdə şübhəli bilinən beş Ermənistan vətəndaşı həbs edilib.
Ermənistanın Xarici İşlər Nazirliyinin «Novosti-Armeniya» informasiya agentliyinə verdiyi məlumata görə, onlar Artur Asatran, David Kazaran, Vaqe Budaqan, Miqran Mkrtçan və Tiqran Qordcandır.
Lasio dairəsinin əməliyyat-istintaq bölməsindən Ermənistan səfirliyinə bildiriblər ki, həbs edilənlər cinayət başında yaxalanıblar və qətl törətməkdə təqsirləndirilirlər. Hadisənin təfərrüatları açıqlanmır.
Ermənistanın Xarici İşlər Nazirliyindən isə bildirilib ki, saxlanılan şəxslər artıq vəkillə təmin ediliblər.
Saxlanılan şəxslər Ermənistanın İtaliyadakı səfirliyində qeydiyyatda olmadıqlarından, Xarici İşlər Nazirliyi onların İtaliya ərazisində nə işlə məşğul olması barədə məlumata malik deyil. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|