|
Mədəniyyət / 24.06.2008 16:42 Qara Qarayevin 90 illik yubileyi ilə əlaqədar Luvr muzeyində konsert keçiriləcək
“Auditorium” konsert salonunda keçiriləcək konsertdə Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova, Pantomima Teatrı,Azərbaycan Dövlət Simli alətlər kvarteti və digər musiqiçilər iştirak edəcəklər
İyunun 25-də tanınmış Azərbaycan bəstəkarı Qara Qarayevin 90 illik yubileyi ilə əlaqədar Luvr muzeyinin əzəmətli konsert salonu “Auditorium”da bəstəkarın yaradıcılığına həsr olunmuş konsert keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, tədbirlərdə iştirak etmək məqsədilə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya yola düşüb. Nümayəndə heyətinin tərkibində Azərbaycan Dövlət Opera və Balet Teatrının aktyorları Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova, Azərbaycan Dövlət Pantomima Teatrının Rejissoru və aktyorları, Azərbaycan Dövlət Simli alətlər kvarteti və digər məşhur musiqiçilər var. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|