|
Mədəniyyət / 23.06.2008 21:42 ANS ÇM-də növbəti “Vətənpərvər mahnı müsabiqəsi” başlayıb
Milli qəhrəman Çingiz Mustafayevin ad gününə həsr edilən müsabiqə artıq 4-cü dəfədir keçirilir
Çingiz Mustafayev Fondu və ANS ÇM radiostansiyasının Milli Qəhrəman Çingiz Mustafayevin ad gününə həsr etdiyi vətənpərvər mahnı müsabiqəsinə artıq start verilib. Müsabiqənin keçirilməsində məqsəd ən yaxşı vətənpərvər mahnı müəllifini müəyyən etməklə yanaşı, ölkənin efir məkanında bu tip mahnıların daha çox səslənməsinə nail olmaqdır. Xatırladaq ki, vətənpərvər mahnı müsabiqəsi artıq dördüncü ildir keçirilir. Hər il bu müsabiqəyə qoşulanların sayı artır. Qeyd edək ki, mahnılar bu gündən etibarən ANS-ÇM radiostansiyasında qəbul edilir. Müsabiqədə iştirak etmək istəyənlər mahnı və ya marş janrında olan bəstələrini avqustun 20-dək təqdim edə bilərlər.
Müsabiqəyə təqdim edilən mahnılar isə yeni-heç bir televiziya kanalında və ya radiostansiyada səsələnməyən musiqilər olmalıdır. Qaliblər ənənəvi olaraq avqustun 29-da Milli Qəhrəman Çingiz Mustafayevin doğum günündə elan ediləcək. I yerə 500, II yerə 300, III yerə isə 200 manat pul mükafatı təqdim ediləcək. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|