BU GÜN07.10.2008
HAVA
BAZAR
NAMAZİşa
20:44
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Xüsusi Reportaj / 23.06.2008 10:39
Ermənistanda yay gərilir
Prezident Sarkisyan yeni kütləvi dirənişlə üz-üzədir və ilk dəfədir ki,onun yanında Robert Koçaryan yoxdur

Türkiyə-Ermənistan sərhəddində bir erməni saxlayıblar. Saxlanarkən öz əmələni bununla izah edib ki, Ermənistanda yaşamaq çox çətindir. Burda qəribəlik axtarmazdıq. Əlbəttə ortada bir müəmma olmasaydı. Maraqlıdır, ermənilər görəsən niyə Türkiyəyə üz tuturlar? Axı onların gözü ilə baxanda Türkiyədə gərək rahat həyat, firavan güzəran olmasın. Bura axı onların soyqırımda günahlandırdıqları bir ölkədir? Deyəsən başa düşməyə başlayıram. Ermənilər Türkiyə və Azərbaycanın mühasirədə saxladığı Ermənistanda daha yaşaya bilmirlər və mühasirəni təşkil edənlərə pənah aparırlar. Belə getsə biz gərək Azərbaycana da pənah gətirən ermənilərin pişvazına hazır olaq. Özü də belə bir təcrübə var. Roman Teryan və Artur Apresyan adlı iki erməni belə sakit günlərin birində Azərbaycana üz tutmuşdu. Amma başqa bir tərəfdən, doğrudan axı Ermənistanda indi yaşamaq o qədər də asan deyil. Necə deyərlər bir erməni uşağı vağzalda oturub ağlayır, bir nəfər yaxınlaşır uşağa deyir ki, bala adın nədir, niyə ağlayırsan? Uşaq adını deyir: Arzamasp və daha bərkdən ağlayır. Yolçu başını yelləyir və deyir yazıq uşaq ağlamasın neyləsin Arzamasp da ad olar?
Artıq bu ölkədə yay təkcə təbiətin deyil, həm də milli azadlıq hərəkatı kitabının yeni fəslidir. Prezident Sarkisyan yeni kütləvi dirənişlə üz-üzədir və ilk dəfədir ki, onun yanında Robert Koçaryan yoxdur. Və əgər o mart iğtişaşları burulğanından Robikin köməyi və birbaşa əmri ilə çıxdısa bu dəfə dövlət imtahanını qəyyumsuz, day-daydaysız verməlidir. İyunun 20-sində İrəvanda baş verən hadisələr Serjin düşdüyü vəziyyətin keyfiyyətcə yeni mərhələyə keçməsindən xəbər verir. Söhbət 100 mindən artıq insanın toplaşdığı mitinqdən, özü də sanksiyalaşdırılmamış mitinqdən gedir. Burada Sarksiyan geri çəkildi və bununla da mövqe döyüşünü uduzdu. 1989-90-cı illərin mitinqlərinin iştirakçısı və şahidi kimi deyə bilərəm ki, hakimiyyət dediyinin üstündə durmayanda, öz baş meydanını müxalifətə güzəştə getməyə başlayanda sonu SSRİ kimi olur. Necə ki, sovet dövləti demokrat-demokrat oynamağa başladı, məzmunca diktatura olsa da, formaca demokratik görünmək istədi və sonda o boyda dövlət çökdü. Eləcə də Azərbaycan.
1992-ci ilin martında Mütəllibov hakimiyyətdən bu yolla kənarlaşdırıldı. Müxalifətin əldə etdiyi mənəvi üstünlük Ukraynada Kuçmanın, Gürcüstanda Şevarnadzenin süqutu ilə nəticələndi. Nə Mütəllibov, nə Kuçma, nə də Şevardnadze güc tətbiq etdi, müxalifyət öz gücünü təqdim etdiyi yerdə iqtidar gücsüzlüyünü nümayiş etdirdi. Qalanını, daha doğrusu qalmayanını bilirsiniz, yəni onlar qalmadılar. Serj də müxalifətlə belə davranmağa başlayıb. Güzəştə getmək olmaz, getdin itirdin. Ya sonadək demokrat, olmalısan, ya da diktatuar. Yarımçıq hamiləlik olmur. Ya da olur. Amma abort nəticəsində. Martın 1-i İrəvanda kimi. Qanla bitir. Son bir neçə həftə ərzində zəminində yeni erməni prezidentinin bir sıra zəiflikləri üzə çıxdı və bundan mitinq qrossmeysteri Levon Ter-Petrosyan heç şübhəsiz ki, məharətlə istifadə edəcək. Sarkisyanın sonadək qətiyyət göstərməməsini nəzərdə tuturam. Əgər dövlət başçısı kimi o əvvəlcə vəziyyətə tam nəzarət etdiyini sübuta yetirmək üçün qeyri-qanuni heç bir aksiyaya yol verməyəcəyinə əmin edirdisə, hadisələr göstərdi ki, bütün bunlar bir erməni sözüymüş. Yəni Sarkisyan mitinqin qarşısını almaqdan ötrü bacardığını etdi. Onun adminstrasiyası həmin gün əhalinin tələb etdiyi «Azadlıq» meydanında uşaqların iştirakı ilə Kiçik İrəvanlı adlı aksiya keçiriləcəyini və buna görə də burada mitinqin yol verilməz olduğunu söyləmək inqilabçıları açıq təxribata çəkdi. Bu dəfə zirehli texnika yox, dəyənəkli və qalxanlı əsgərlər yox, uşaq meydançaları üçün xarakterik olan avadanlıqlar gözə dəyirdi. Özü də burası daha maraqlıdır ki, burada bir uşaq belə gözə dəymədi. Ter-Petrosyan isə uşaq söhbəti ilə hakimiyyətlə qarşıdurmaya getmədi. Doğrudur, o hakimiyyətin inqilabçılara təklif etdiyi Razdan stadionuna da yollanmadı. Matenadaran meydanında mitinq keçirmək niyyətini elan etdi. Və Sarkisyandan fərqli olaraq qətiyyətli oldu. Dedi və etdi. Azadlıq meydanına girmədi və bununla da Sarkisyanın «baxın a onlar hətta uşaqları belə tapdamağa hazırdırlar!» şəklində ehtimali arqument gülünc bir şəkildə iflasa uğradı. Bir sözlə Sarkisyan Koçaryandan fərqli olaraq daha dişsiz adam təsiri bağışladı. Ter-Petrosyan isə bir daha nümayiş etdirdi ki, tərəfdarlarının böyük bir qismi həbsdə olsa da, fəaliyyət dairəsi adminstrativ rıçaqlarla məhdudlaşdırılsa da ölkədə, ən azı paytaxtda vəziyyətə əslində o nəzarət edir. Levon Serjdən fərqli olaraq hər şeyi sonadək hesablayır. Ona görə də Serjdən fərqli olaraq axmaq vəziyyətlərə düşmür. O icazəsiz aksiya keçirir. Amma bununla yanaşı əlində onun sanksiyalaşdırılmamış mitinqlər keçirməyə əsası olduğunu sübut edən kağızı da var. Soruşan olsa cavab verəcək ki, 45 dəfə müraciət etmişəm. Bu da onların rəsmən 45 rədd cavabı. İndi mən neyləməliydim ki?
Ter-Petrosyan hiyləgərdir. Məsələn o çıxışında əliyalın xalqa atəş açan Robert Koçaryanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir, biz mütləq ona nail olacayğıq ki, insanlığa qarşı cinayət işlətmiş Robert Koçaryan Haaqada məhkəmə qarşısında cavab versin!-deyir. Robert Koçaryanla birlikdə cinayət işləmiş insanların sırasında Baş prokuror Aqvan Ovsepyan, keçmiş müdafiə naziri Mikael Arutanyan, prezident mühafizəsinin keçmiş rəhbəri Qriqorii Sarkisyanın adını çəkir. Hətta Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın belə Ermənistanda arzuolunmaz şəxs elan edilməsinin təşəbbüskarı kimi çıxış edir. Yeri gəlmişkən hiyləgər Levon burda da öz işini görür və Qarabağla-Ermənistanla qarşıdurmasının qızışmasında mühüm bir element ola biləcək bu addımı atır. Bir sözlə çoxlarının adını çəkir. Amma. Və elə də diqqət bu ammaya. Amma bəs hanı Sarkisyan? Aha. Levon bunun ardınca Sarkisyana köhnə dostu kimi müraciət edir. «Mən köhnə dostum kimi Sarkisyana müraciət edirəm ki, vur-tut bir telefıon zəngi kifayətdir ki, məhbuslar azadlığa buraxılsın!» necədir? Sarkisyanın xeyrinə bundan artıq daha hansı kompliment ola bilərdi ki… Ter-Petrosyan hakimiyyətə, daha doğrusu Sarkisyana dialoq təklif edir, üstəlik də AŞPA-nın sessiyası ərəfəsində bu quruma müraciət edir ki, Ermənistana qarşı sanksiyalar tətbiq etməsin və onun səsvermə hüququnu almasın. Əslində isə bu təkcə dialoq təklifi deyil, həm də kapitulyasiyaya çağırışdır. Şərtlərə baxaq: «Bizim danışıqlarımızın mövzusu növbədənkənar parlament və prezident seçkiləri ola bilər. Çünki erməni xalqı prezident seçkilərinin nəticələrini tanımır və Serj Sarkisyanı prezident hesab etmir.
Qayıdaq 20 iyuna.
Hər halda xalq meydana girə bildi. Baxmayaraq ki, Moskvadan gəlmiş general qubernator İrəvanda idi. Xüsusi təyinatlılar marıqda idi. Bunu da deyim ki, mitinq nəzərdə tutulduğundan 2 saat gec başlamışdı. Bu isə təkcə statistika deyil. Bu həm də o deməkdir ki, 100 minlik toplu düz iki saat polislə qarşı-qarşıya dayanıb. Və nəticədə polis güruhun qarşısında duruş gətirməyib və aksiya planlaşdırdığı ünvana Matenadaran meydanına daxil oldu. Bu da ehtimaldır ki, bəlkə Sarkisyan mitinqə son məqamda icazə verməyə məcbur olub və bu onun prezident kimi verdiyi ilk ciddi qərardır. Baxmayaraq ki, Rusiya sonadək hər şeyi etdi və mitinqə bir gün qalmış İrəvana öz birinci polisini belə göndərdi. Yəni Rusiyanın daxili işlər naziri Raşid Nurqaliyevlə birlikdə İrəvana gəlmiş xüsusi təyinatlılarla dolu avtobuslar Zvartnos aeroportunda idi. Amma Serj öz xalqını döyməkdən boyun qaçırdı. Və sübut etdi ki, o Koçaryan deyil. Amma eyni zamanda da verdiyi qərarın nə qədər ciddi olduğunun da yəqin fərqinə vardığındandır ki, iyun ayının 23-də Moskvaya getmək, öz xozeyinlərinə bu qərarını izah etmək qərarına gəldi.
Qalır birinci günü gözləyək.
Başqa bir ehtimal isə polisin artıq hakimiyyətə itaətsizlik göstərməyə başlamasını özündə daşıyanıdır. Bu yaxınlarda Serj Sarkisyan 1 mart iğtişaşlarının araşdırılması ilə bağlı danışarkən onu da qeyd etmişdi ki, polis qeyri peşəkarlıq nümayiş etdirməsəydi, qurbanlar da olmazdı. İğtişaşların yatırılmasını dövlətin günah hesab edən Serjin bu çıxışı polisdə yeni prezidentə qarşı bir inamsızlıq yaradıb. İndi polis bu və ya dirər aksiyanın yatırılması zamanı daha az inadcıldır. Əksinə barmağını yuxarı tuşlayaraq deyir ki, «Vallah ordan mənə belə deyiblər. Məndən demək idi. Özünüz bilin!». Bu isə çox təhlükəli bir tendensiyadır. Aydın məsələdir ki, prezident öz polisini ayağa verməməli idi, qurban verməməli idi. Üstəlik də o halda ki, ortada qan var, qırğın var, qardaş meyidi var, hansı polis meyid altına girər ki…belə bəyanatlardan sonra. Bu fonda Ter-Petrosyanın xarakterinin bir sıra xassələri diqqəti çəkir.
Sarkisyan icazə verməmək qərarının mitinqin təzyiqi qarşısında dəymişə bilər, uşaq aksiyasının ardınca böyüklərin neyləyəcini proqnozlaşdıra bilmir. Levon isə öz qərarlarını sonadək ölçüb biçir və hesablaya bilir dedik. O mitinq üçün təklif olunan Razdan stadionuna getmək istəmədi. Şəhərdən uzaq olduğu və ya mərkəzə o qədər yaxın olmadığı üçün. Azadlıq meydanını istədi. Bu meydanı da ona vermədilər. Bu zaman Levon Matenadaranı seçdi. Hakimiyyət sevindi ki, Azadlıq meydanını əldən vermədi. Amma Levon uduzmadı. İzdihamlı bir mitinq keçirə bildi. Hakimiyyət Azadlıq meydanında mitinqə icazə versəydi, şübhəsiz ki, bu qərar daha anlaşılan ola bilərdi. Çünki bu meydan relyefinə görə elə yerdədir ki, burdan keçən cəmi bir mərkəzi yol bağlanacaq, sakinlər birgə narahatlıq keçirməyəcəkdi. Matenadaran meydanı isə öz yerinə görə mitinqə üçün daha əlverişsizdir. Elə şəhər sakinləri, nəqliyyatın hərəkəti üçün də. Burada mitinq keçirilərkən şəhərin bu hissəsi demək olar ki, iflic oldu. Başqa bir tərəfdən şəhər adminstrasiyasının guya paytaxt sakinlərinin asayişini qorumaq baxımından mitinqə icazə vermək istəməməsi barədə uydurmaları da ağla batmır. Çünki İrəvanın şimal hissəsində az qala hər həftə Koçaryanın müqəvvası söyülür. Digər tərəfdən Azadlıq meydanı heç də Ter-Petrosyanın şəxsi kaprizi deyil. Doğrudan da onun tərəfdarlarının sayı çoxdur. Baxın bu qədər adam Matenadarana necə sığışsın? İzdihamın bir ucu görün hara gedib çıxır?! Ter-Petrosyana Azadlıq meydanı doğrudan lazımdır axı.
İndi Sarkisyan o qədər miskin bir halətə düşüb ki, indi onun qürur və xəcalət səbəbləri də inanılmazdır. «Son bir neçə ay ərzində Ermənistan Avropa mətbuatının səhifələrində iki səbəbdən görünür: pis və yaxşı səbəbdən!». Birinci səbəb prezident seçkilərindən sonra baş verən paytaxt toqquşmaları, ikinci səbəb isə mənim azərbaycanlı həmkarımla 7 iyun görüşüm. Göründüyü kimi Sarkisyanın yaxşı səbəb kimi səciyyələndirdiyi Azərbaycan prezidenti ilə görüşüdür.
Sarkisyanın ən zəfi yerlərindən biri də 1-2 mart iğtişaşlarının baislərinin cinayət məsuliyyətinə indiyədək cəlb edilməməsidir. Ümumi formul var. Kütləvi iğtişaşlarla bağlı. Bu nə deməkdir? İndiyədək məlum deyil ki, iş açılıb ya yox, açılıbsa müqəssirlər hardadır? Amma elə burdaca qeyd edək ki, hakimiyyətin bütün müvafiq strukturları bu məsələ ətrafında kifayət qədər gülünc mövqelər tutublar. Baş prokurorluq bəyanat yaymışdı ki, polis silah işlətməyib. Sonra məlum oldu ki, polis silah işlədib. Baş prokurorluq bəyan etmişdi ki, maşın adam basmayıb. Faktlar göstərdi ki, maşın adamı basıb. Və sair və ilaxır.
Levon Ter-Petrosyan yenidən qalxır. Onu zərərsizləşdirməyin bir yolu var. Bu yolu parlamentdə gülləbaran edilənlər bilirlər. Amma Sarkisyan belə bir addımı seçəcəkmi? Seçməyəcəksə… Onda xalq seçəcək. Ya prezidentri, ya da parlamenti… Növbədənkənar./ANS TV/
Mir Şahin

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
07.10.2008
19:51 "Ermənilər hazırda müharibəni təbii sərvətlərə ziyan vurmaqla aparır"
19:22 «Qalatasaray», «Benfika» və «Herta» komandaları ilə səfərdə qarşılaşacaq
19:05 "Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar Avropaya inteqrasiya xəttidir"
18:36 ANS PRESS forumunun qonağı "Neftçi" komandasının baş məşqçisi Hans Yürgen Gededir
18:25 Prokurorun Bakı Şəhər İcra Hakimiyyətinin sabiq hüquq məsləhətçisi barəsində kassasiya protesti təmin edilməyib
17:39 "Real Madrid"in heyətində məşq keçəcək 4 azərbaycanlı futbolçu məlum oldu
17:38 Hyustonda 18-ci Beynəlxalq Türk Festivalı keçirilib
17:35 Türkiyə İraqın şimalında “bufer zonası” yarada bilər
17:21 19 il əvvəl törətdiyi cinayətə görə təqsirləndirilən Ağcabədi rayon sakininin məhkəməsi başlayıb
17:08 Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti İstanbulun Bələdiyyə başçısı olacaq
16:47 "Bankların kreditləri dayandırması sahibkarlara güzəştli kreditlərin verilməsinə təsir etməyib"
16:24 “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzi Tallində fəxri fərmanla təltif edilib
16:01 Kiyevdə Avropa Şurası ölkələrinin gəclər nazirlərinin konfransı keçiriləcək
15:56 UEFA kuboku qrup mərhələsinin püşkü atıldı (CƏDVƏL)
15:40 "Əgər stadionlara azarkeş gəlməsə, Azərbaycana lap Ronaldonu da gətirsəniz, çempionatın səviyyəsi qalxmayacaq”
15:34 Mingəçevir Şəhər Elektrik Şəbəkəsinin əməkdaşlarına hökm oxunub
15:31 «Dünya Bankının Azərbaycanda apardığı tədqiqatların nəticəsinə görə, mülkiyyətin qeydiyyatı sahəsində Azərbaycan 54 pillə irəliləyib»
15:21 İlham Əliyev Biləsuvar rayonuna səfər edib
15:20 Bakıda müsəlman dövlətlərində təhsilin səviyyəsi müzakirə olunub
14:54 Pan Gi Mun Gürcüstana dair yeni hesabat təqdim edib
14:49 Prezident seçkisində istifadə olunacaq seçki bülletenlərinin çapı başa çatdırılıb
14:37 “Tolişi Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun oğlu Emil Məmmədov azadlığa buraxılıb
14:18 Daniel Quiza: "Luis Araqones Fənərbaxçadan göndərilsə bu mənim üçün fəlakət olar"
14:07 Həmyerlisini qətlə yetirən Göyçay sakininə 11 il iş istənilib
13:47 “Kiçik sahibkarlığın inkişafı yolları” mövzusunda konfrans keçirilib
13:00 İranda qadınlar üçün xüsusi avtomobil hazırlanır
12:38 PKK əleyhinə əməliyyatda 23 terrorçu öldürülüb
12:15 Premyer-Liqa klublarının 17 yaş komandaları arasında keçiriləcək turnir start götürür
12:03 «Dövlət və din» ictimai fikir toplusunun yeni sayı çapdan çıxıb
12:01 Bakıda sahibkarlığın inkişaf yolları mövzusunda konfrans keçirilir
11:42 Oktyabrın 8-də qoşunların təmas xəttində monitorinq keçiriləcək
11:41 Ze Roberto "Bavariya"dan gedir
11:27 "Korrupsiya və inhisarçılıqla mübarizənin yenilənməsi kiçik və orta biznesin inkişafına böyük xidmət göstərir".
11:13 Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib
10:52 Bakıda gecə klubunda işləyən barmen, xadimə tərəfindən bıçaqlanıb
10:50 «Qafqazdakı vəziyyətdə İrəvan öz zəifliyini və həssaslığını başa düşür, buna görə də Qarabağ probleminin tezliklə həllini istəyir».
10:48 “Azərbaycan doğma diyar” devizi altında II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı keçiriləcək
10:38 Azərbaycanla Moldovanın Dövlət Sosial Müdafiə Fondları arasında saziş imzalanıb
10:30 Bu gündən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə yeni sərnişin aviareysləri həyata keçiriləcək
10:29 Qırğızıstanda zəlzələdən ölənlərin xatirəsinə matəm elan olunub
10:19 Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə pozub
01:25 Misir prezidenti müxalifətçi jurnalisti əfv edib
00:26 Beynəlxalq Memarlar günü Bakıda ilk dəfə qeyd edilib
06.10.2008
23:59 Zaur Tağızadə əməliyyat olunub
23:20 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti işləri ilə bağlı qaydaları sərtləşdirəcək
23:15 İlin 8 ayı ərzində MDB-də orta inflyasiya 17% təşkil edib
22:52 Yəməndə terrorçu qrup ifşa edilib
22:25 Bakıda intihar hadisəsi baş verib
22:04 Seçiciıərin 98,9 faizi şəxsiyyət vəsiqələri ilə təmin olunub
21:47 Macarıstanda qatar qəzası baş verib
21:12 Gözdən əlillərin prezident seçkilərində iştirak etməsi üçün bülletenlər hazırdır
20:28 İSESKO Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu münaqişənin tezliklə sülh yolu ilə həllini gözləyir
20:00 Kitabxana-informasiya sahəsinin inkişafı üzrə Dövlət Proqramı təsdiqlənib
19:42 İran hakimiyyəti Avropa Birliyinə məktub göndərib
19:33 Mərkəzi Univermağın dələduzluqda təqsirləndirilən satıcısı azadlığa buraxılıb
18:58 «Azərbaycanda təhsil prioritet istiqamətlərdən biridir»
18:37 Əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı bəyanat yayıb
18:03 Seksual xarakterli hərəkətlərdə təqsirləndirilən Sabirabad sakini məhkəmə zalında həbs olunub
18:02 Kişilərdə Rafael Nadal, qadınlarda Yelena Yankoviç 1 nömrədi
17:28 Xəzər dənizinin Azərbaycan sektorunda sahil zolağında 1027 monitorinq keçirib
17:27 Azyaşlı oğlunu satmaqda təqsirləndirilən Bakı sakininin məhkəməsi keçirilib
17:27 İlham Əliyev Qırğızıstan prezidentinə başsağlığı verib
17:12 Qızlardan ibarət Azərbaycan U-17 milli komandası sabah İtaliya yığması ilə qarşılaşacaq
17:10 Rəşad Haşımov patriotik mahnıya klip çəkdirib
17:06 Cəlilabada həşərat yağışı düşüb
17:05 Pulların həyatı
17:03 Nizami rayonunda məktəb soyulub
16:45 Sabah UEFA kuboku qrup mərhələsinin püşkü atılacaq
16:42 Dollar bahalaşıb
16:26 Ukraynanın səfiri Məzahir Pənahovla görüşüb
16:20 Qərbi Azərbaycan ziyalıları seçkiqabağı təbliğatla bağlı mətbuat konfransı keçiriblər
15:25 Bu gün islam ölkələrinin ali təhsil və elm tədqiqat nazirlərinin IV beynəlxalq konfransı başlayıb
15:21 Rusiya qoşunları Gürcüstan ərazisindəki məntəqələrindən geri çəkilməyə başlayıblar
14:52 Azərbaycan A milli futbol komandasının heyəti açıqlanıb
14:46 Manana Sevda Ələkbərzadə ilə duet oxuyacaq
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^