|
Ordan-Burdan / 21.06.2008 12:09 Xorvatiyanın Xarici İşlər Nazirliyinin internet saytı Türkiyə hakerlərinin hücumuna məruz qalıb
XİN-in əsas saytında qara fonda Türkiyə bayrağı meyadana çıxıb
Türkiyə hakerləri dünən axşam Xorvatiyanın Xarici İşlər Nazirlyinin internet-saytına hücum ediblər. Bu barədə Serbiyanın dövlət telekanalı xəbər verib. Bu, yerli vaxtla saat 21.00-da baş verib. XİN-in əsas saytında (www.mvpei.hr) qara fonda Türkiyə bayrağı meyadana çıxıb, bayrağın altında isə qırmızı hərflərlə hakerlərin Türkiyə və Səudiyyə Ərəbistanından olan tərəfdaşlarına minnətdarlıq bildirilib. Sonda isə Xorvatiya “Xorvatistan” adlandırılıb. Xatırladaq ki, dünən futbol üzrə Avropa Çempionatında Türkiyə- Xorvatiya oyunu 4-2 hesabıyla birincinin xeyrinə başa çatıb. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|