|
Elm / 19.06.2008 14:35 Qeyri-müvəffəq qiymət almış şagirdlər üçün təkrar buraxılış imtahanı keçirilib
Şagirdlər yalnız zəif nəticə göstərdikləri fənlərdən təkrar olaraq sınağa çəkiliblər
Bu gün Təhsil Nazirliyi mərkəzləşdirilmiş test imtahanlarından qeyri-müvəffəq qiymət almış şagirdlər üçün təkrar imtahan keçirib. Nazirlikdən verilən məlumata görə, Bakıda 5 mərkəzdə təşkil olunmuş təkrar imtahanlara yalnız 1500 şagird iştirak üçün ərizə ilə müraciət edib. Ümumilikdə isə attestat ala bilməyən 5 minə yaxin şagirdin imtahanlarda iştirakı üçün şərait yaradılıb. Bu məqsədlə ərizə ilə müraciət etməyən şagirdlərin də təkrar imtahanlarda iştirakı üçün təhsil aldıqları orta məktəblərə, o cümlədən rayon təhsil şöbələrinə məlumatlar verilib və həmin şagirdlərin də təkrar imtahanlara qatılması üçün bərarbər şərait yaradıb. Qeyd edək ki, təkrar imtahanlarda şagirdlər yalnız zəif nəticə göstərdikləri fənlərdən təkrar olaraq sınağa çəkiliblər. Şagirdlərə 3 saat vaxt verilib. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|