|
Elm / 18.06.2008 00:49 Mozilla yeni firefox 3.0 sistemini internet istifadəçilərinə təqdim edib
Yeni sistemin ən müsbət xüsusiyyəti pis məqsədli proqramlara qarşı istifadəçini xəbərdar etməsidir
Firefox internet sisteminin 3.0 versiyası internet istifadəçilərinə təqdim olunub. Sistemi təqdim edən Mozilla, bu proqramın 24 saatda rekord sayıda yüklənməsini gözləyir. Firefox 2.0 versiyasının təqdim olunduğu 24 noyabr tarixdə 1.6 milyon dəfə yükləndiyini bildirən şirkət, yeni versiyanın 5 milyon dəfə yüklənəcəyini ümid edir.
Firefox 3.0-ün ən müsbət xüsusiyyəti isə pis məqsədli proqramlara qarşı istifadəçini xəbərdar etməsidir. Firefox 3.0 Windows 2000, XP ve Vista sistemləri ilə birlikdə Linux daxil olmaqla Windows xaricindəki sistemlərlə də işləyir.
Onestat adlı internet araşdırma mərkəzinin verdiyi məlumata görə, internet sistemləri arasında ilk yeri 83.27 faizlə Internet Explorer, bundan sonrakı yerləri isə 13.76 faizlə Firefox, 2.18 faizlə Apple Safari, 0.55 faizlə Opera, 0.14 faizlə Netscape tutur. /ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|