|
Ordan-Burdan / 18.06.2008 00:53 ABŞ-da anadangəlmə əlil uşaq üzərində uğurlu əməliyyat keçirilib
Əməliyyat nəticəsində ayaqlarında ciddi əyriliklər olan xəstə artıq gəzməyə başlayıb
Nyu-York həkimləri növbəti dəfə uğurlu əməliyyata imza atıblar. Belə ki, onlar anadangəlmə əlil uşağı əməliyyat ediblər. Uğurlu əməliyyatdan sonra isə 15 yaşlı filippinli qız ilk addımlarını atmağa başlayıb. Azyaşlı uşağın ayaqları anadangəlmə əyriymiş. Cinql Luis adlı bu qızın ayaqlarının əvəllər arxaya və yuxarıdan aşağıya doğru əyri olduğu deyilir. O, əməliyyatdan 6 həftə sonra ayağa qalxaraq ilk addımlarını atmağa cəhd göstərib. Hazırda xəstə gips və onun üçün hazırlanmış xüsusi tibbi çəkmələrlə addımlayır. Cinql öz ayaqları üzərində gəzməyi çoxdan arzu etdiyini və buna görə də həyəcanlandığını, eləcə də çox qorxduğunu deyib. Valideyinləri deyib ki, övladları cərrahiyə əməliyyatına kimi gəzmək üçün dayaqlardan istifadə edrmiş. Əməliyyatını aparan həkim Teri Amaral onun ilk addımlarının çox önəmli olmasını və belə əməliyyatın 21-ci əsrdə ilk dəfə aparıldığını qeyd edib. Amaral həmçinin azyaşlı qızcığaza Filipinə işgüzar səfəri zamani rast gəldiyini və dərhal əməliyyat üçün ölkəsinə gətirdiyini deyib./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|