|
Ordan-Burdan / 14.06.2008 01:54 Roman Abramoviç britaniyalı müğənniyə 1,9 milyon dollar verib
Emi Uaynhaus, bunun müqabilində Moskvada cəmi 1 saat ərzində mahnı oxuyub
Narkotik qəbulu ilə bağlı qalmaqallarla məşhurlaşan britaniyalı müğənni Emi Uaynhaus rusiyalı biznesmen, «Çelsi» futbol klubunun sahibi Roman Abramoviçin sifarişi ilə Moskvada eksklüziv konsert verib. Roman Abramoviçin rəfiqəsi Darya Jukova tərəfindən təşkil olunan tədbir, «Qaraj» müasir sənət mərkəzində keçirilib. «Çelsi»nin sahibi və keçmiş model müğənniyə təşəkkür etmək üçün səhnəyə birlikdə çıxıb. BBC-nin məlumatına görə, Emi Uaynhausa Moskvadakı çıxışı müqabilində 1 milyon funt sterlinq (1,9 milyon dollar) pul verilib. Tədbirdə təxminən 300 şou-biznes ulduzu və incəsənət xadimi iştirak edib. Konsert cəmi bir saat çəkib./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|