|
Elm / 06.06.2008 14:04 Magistraturaya qəbul imtahanı iyunun 22-də keçiriləcək
Bu barədə TQDK sədri Məleykə Abbaszadə məlumat verilib
Bu il Azərbaycanda 34 ali məktəbin (25 dövlət, 9 özəl) magistratura pilləsinə qəbul imtahanı keçiriləcək. Bu barədə bu gün mətbuat konfransı keçirən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib. Magistratura pilləsinə imtahanlar iyun ayının 22-də keçiriləcək. İmtahandan sonra iki üç gün ərzində nəticələr elan olunacaq. Onun sözlərinə görə, bu il 4809 yerə qəbul planlaşdırılır. Bunlardan 3482 yer Azərbaycan bölməsi, 636 yer rus bölməsi, 691 yer isə birgə bölmə üçün nəzərdə tutulub. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|