|
Elm / 06.06.2008 13:04 Ali məktəblərə qəbul imtahanlarının vaxtı məlum olub
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib. O, ali məktəblərə qəbul imtiahanlarının vaxtını elan edib. Beləliklə III qrup üzrə imtahanlar iyunun 29-da, I-ci qrup iyulun 8-də, II qrup iyulun 14-də, IV qrup iyulun 20-də keçiriləcək. İmtahana buraxılış vərəqəsi iyunun 20-dən sonra veriləcək. Verilən məlumata görə, 116 mindən çox abuturiyent imtahanda iştirak etmək üçün ərizə verib. Qeyd edək ki, bu dəfə qəbul imtahanından sonra abituriyentlərin yığdıqları ballar elan ediləcək, daha sonra isə onlar elektron formada istədikləri ixtisasların kodlarını qeyd edəcəklər./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|