|
Xüsusi Reportaj / 04.06.2008 13:33 Mir Şahin: "İlk görüş konkret nəticələrə gətirib çıxararsa, gələcək danışıqlar və görüşlər üçün münbit zəmin hazırlaya bilər"
"Buna ilk növbədə Azərbaycan prezidentinin inamlı və doğru kursu zəmanət verir"
Azərbaycan və Ermənistan dövlət başçılarının demək olar ki, bütün görüşlərini izləmiş tanınmış telejurnalist Mir Şahindən, Sankt-Peterburqda prezident İlham Əliyev və Serj Sarkisyan arasında keçiriləcək birinci görüş ərəfəsində bu danışıqlardan gözlədikləri barədə soruşduq: "Hər şeydən əvvəl onu deyim ki, bu prezidentlərin ilk görüşü olduğundan daha çox tanışlıq xarakteri daşıyır. Buna baxmayaraq, görüş xüsusi əhəmiyyət kəsb edir. Çünki bu görüşdən sonra danışıqları davam etdirməyin nə qədər zəruri olub-olmadığı aydın olacaq. Xüsusi qeyd etmək istərdim ki, erməni tərəfi həmişə Qarabağ məsələsi ilə bağlı dialoqun davam etdirilməsindən yayınmağa səbəb tapmağa çalışıb. Yaxşı xatırlayıram ki, Fransada, Rambuyedə Robert Köçaryanın qəflətən ayaqyoluna getmək ehtiyacı yaranmış, bu fürsətdən, habelə silahdaşlarından birinin qayınatasının qəflətən vəfat etməsindən istifadə edərək danışıqları yarımşıq tərk etmişdi. Artıq sirr deyil ki, bu gün şərait Azərbaycan üçün daha əlverişlidir.Yəni, Avropa artıq bizim ölkə ilə hesdablaşmağa başlayır. Biz ondan ötrü enerji ehtiyatlarının daşınması üzrə etibarlı tərəfdaşıq. Mütəxəssislərimizin verdiyi məlumata görə, Azərbaycanın netf-qaz ehtiyatlarını nəinki tükənmək təhlükəsi gözləmir, əksinə kəşfiyyatçı geoloqlar enerji ehtiyatlarımızın 150-200 ilə bəs edəcəyini proqnozlaşdırır, biz onları gələcək nəsillərin istifadəsi üçün saxlamağı planlaşdırırıq. Bu isə Azərbaycanın iqtisadi baxımdan daha mövkəm olması, ordumuzun güclənməsi, ökəmizə investisiya axının artırılması və xaricə Azərbaycan investisiya yatırılması deməkdir. Dünənədək bizə qaz satan, bu bəhanə altında öz şərtlərini diqtə etməyə çalışan Azərbaycanın qapısına qaz üçün gəlirlər. Qonşularımızla bağlı vəziyyət isə tamamilə əksinədir. Ermənistanın bütün sənayesi Rusiya tərəfindən satın alınıb. Erməni diasporası dünyada gedən itqisadi böhranla bağlı olaraq özü də dərin böhran keçirir. Ermənilərin eksterimizm kursu beynəlxaq ictimaiyyəti cana gətirib. Ümid edirəm ki, Ermənistanın indiki rəhbərliyi bunu yaxşı başa düşməyə başlayıb. Ona görə də düşünürəm ki, ilk görüş konkret nəticələrə gətirib çıxararsa, gələcək danışıqlar və görüşlər üçün münbit zəmin hazırlaya bilər. Buna ilk növbədə Azərbaycan prezidentinin inamlı və doğru kursu zəmanət verir" /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|