BU GÜN04.07.2009
HAVA
BAZAR
NAMAZƏsr
18:57
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN



Xüsusi Reportaj / 02.06.2008 13:03
müstəm LƏKƏ ERMƏNİSTANI və RUSİYA PARAŞOKU
Rus dilini bilən çoxdur, amma rusun dilini bilmək mümkün deyil

Rus Dilini bilən çoxdur.
Amma rusun dilini bilmək mümkün deyil.
O adətən danışmaq istədiyi mövzularda çox vaxt susur. Və ya rəsmi Moskvanın demək istədikləri qeyri-rəsmi Moskvanın dilindən çıxır. ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Vladimir Kazimirov Rusiyanın əsil niyyətini birbaşa, diplomatiyasız-filansız faş edib: «Münaqişənin bütün tərəfləri üçün əsas hədəf hərbi hərəkətlərin dayandırılmasının etibarlı möhkəmləndirilməsi və onların bərpa edilməməsi olmalıdır. Bu nəinki sadə vəzifə deyil, hətta Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən, işğalda olan torpaqların azad olunmasından, qaçqınların geri qayıtmasından da mühümdür». Məsələnin bu cür qoyuluşu problemin havadan, daha doğrusu rus havasından asılı vəziyyətdə qoyulmasıdır. Moskva 15-ci ildir ki, özünəsərf edən hərbi-siyasi şəraiti bu minvalla qoruyub saxlamağa müvəffəq olur.
Hərbi hərəkətlərin istənilən ehtimalını ləğv etmək. Rusiya diplomatlar assosiyasının sədr müavini aydındır ki, bu bəyanatla Azərbaycana qarşı çıxır. Çünki təcavüzə məruz qalmış dövlət kimi Azərbaycan ədaləti bərpa etmək üçün hərbi yola əl atacağını istisna etmir. Və əksinə getdikcə bu məqsədində daha ardıcıl olur. Prezident İlham Əliyevin son bəyanatları da ondan xəbər verir ki, bu heç də Bakının adicə «gəldim!» deyə qorxutması deyil, artıq gəlməyə başlamasıdır…

İlham Əliyev: «Ola bilsin ki, əvvəllər Azərbaycanın hədələrinə o qədər inanmırdılar. Amma indi vəziyyət dəyişir. Azərbaycan güclənir. Başa salır ki, zarafat eləmir.

Kazimirov: «Postsovet məkanında nə Kişinyovda, nə Tiflisdə məsələnin güc yoluyla həll "ustanovka"sının, siz Bakıdan eşitdiyimiz tərzdə, özü də ən yüksək səviyyədə səslənməsinə rast gəlməzsiniz. Diqqət yetirin. Müharibə hələ bitməyib. Onun birinci mərhələsi başa çatıb. Rəqib yox düşmən, təmas xətti yox, cəbhə xətti kimi terminlər…» Bunlar Kazimirovu, əslində Rusiyanı narahat edir. Kazimirov və ya Rusiya çox narahatdır ki, niyə Ermənistan həmsədrlərin təkliflərini qəbul edir? Kazimirovun işğal olunmuş Azərbaycan ərazilərini hərbi hərəkətlərin gedişində tutulması tək qavratdırması da Ermənistan-Rusiya rəy birliyinin təzaühürüdür. «Mən başa düşmürəm ki, erməni tərəfi niyə 10-15 il sonra keçiriləcək ehtimali referendumün müqabilində ərazi, özü də indi verməlidir. Kazimirovun ilk baxışda absurd kimi görünən başqa bir bəyanatı barədə. O Dağlıq Qarabağın danışıqlarda müstəqil tərəf kimi iştirak etməsinin vacibliyini deyir və bunu Qarabağla Ermənistanın maraqlarının heç də həmişə üst-üstə düşməməsi ilə izah edir. Aydındır ki, bu belə deyil. Amma aydın olmayan məsələlər də var. Məsələn, ola bilsin ki, prezident seçdirilsə də hələ heç cür prezident ola bilməyən Sarkisyanın hansısa məsələlərə özünəməxsus güzəştli baxışı var və bu Moskvada nigaranlıq doğurur. Bu da Rusiyanın İrəvan-Xankəndi qarşıdurmasına hesablanmış kələyi ola bilər.
Ermənistan zəifləməkədir. O bütün istehsalat müəssisələrini olduqca aşağı qiymətə Rusiyaya satmağa məcbur olub. Ermənilərin bir zamanlar böyük ümidlə baxdığı brilyant sahəsi demək olar ki, iflasa uğrayıb. Dünyanın ən iri briliyant şirkəti «Levayiv» İrəvanı tərk edib. Rusiyanın Ermənistanı «biz almaz verərik siz cilalayırsınız» deyə zavtrakla yedizdirməsi də fiksiya çıxdı. Ermənistan indi bölgədə yalnız dağıdıcı mahiyyətilə seçililir. O heç bir qlobal layihədə iştirak etmir, yalnız bütün tərəqqipərvər başlanğıclara "maneə" olmaq kimi funksiya daşıyır. Gərgin daxili problemlər məngənəsində çabalayan Ermənistanda martın 1-ni heç vaxt unutmayacaqlar, Küçələr yaz ərəfəsində donu açılmaqda olan göl kimi səndələyir. Niderlandda geylər assosiasiyası, İslandiyanın hansısa bələdiyyəsi erməni soyqırımını tanıdı tipli sevinmələrə hesablanmış genosid diplomatiyası artıq iflasa uğramaqdadır. İndi ermənilər arasında bu modelin diasporadan pul qırmaq üçün düşünüldüyünə inanmayanlar çox azdır. Birləşmiş Ştatlardan dörd gözlə gözlənilən «Minlliyin çağırışı» proqramı demokratiyanın qan pulu kimi artıq dayandırılmaq təhlükəsi ilə üz-üzədir.
Fikrimiz özümüzə getməsin, Ermənistan üçün 200-250 milyon dollar böyük puldur. Ermənistanın arxalandığı müttəfiqlərin problemləri kifayət qədərdr. İranın öz taleyi Buşun tükündən asılıdır. Elə Rusiyanın da başı açıq deyil. Rusiyanın bütün dövrlər üçün bir nömrəli və yəqin ki, heç vaxt həll olunmayacaq böyük ərazi və onun balanslaşdırılmış, idarəsi problemi var. Sürətli inkişafda olan Moskvanı məsələn Tula ilə müqayisə etmək mümkün deyil. Öz əyalətinin problemlərini həll etməyə qadir olmayan Rusiya İrəvanda cənnət yaratmaq hayında deyil təbii ki… Və Ermənistanda dövləti ideologiyanın əsasını təşkil edən ənənəvi russevrəlik ideyası çat verib. Nüfuzlu «CELLAP» sosioloji mərkəzinin gəldiyi nəticələrə görə, Ermənistan əhalisinin 62 faizi, yəni 2/3 Kremlin bu ölkə ilə bağlı yürütdüyü siyasətdən narazıdır. Ermənistanda bu antipatiyanı bir sıra səbəblərlə yanaşı, həm də Rusiyanın Ermənistana satdığı qazın qiymətini qaldırması ilə izah edirlər. Ola bilər. Hələ bu harasıdır? Sabah Gürcüstan da qazın tranzit qiymətini qaldıracaq. Samsx-Cavaxetiya məsələsi, ermənilərin Gürcüstana qarşı ərazi iddiaları artıq rəsmi Tiflisi İrəvana qarşı qoyur. BMT-də Abxaziya ilə bağlı məsələnin müzakirəsində Azərbaycan Gürcüstanı dəstəkləmiş, Ermənistan isə Rusiya ilə birlikdə bu sənədin əlehinə səs vermişdi. Öz maraqlarının əlehinə olmasına baxmayaraq. Növbəti dəfə özünü dövlət kimi yox, rusca, «tryapka» kimi aparmışdı. Mixail Saakaşvilinin bu fakta münasibətini xatırlayaq: «Biz başa düşdük ki, dostumuz kimdir, düşmənimiz kim!». Bu düşmənin erməni olduğunu anlamamaq üçün azı erməni olmaq və ya erməni olmamaq lazımdır!.
«CALLAP» mərkəzindən daha bir maraqlı fakt. Rusiyanın müstəmləkəsi olan Ermənistandan fərqli olaraq müstəqil Azərbaycanın əhalisinin 66 faizi Rusiyanın siyasətini müsbət qiymətləndirir. Necə deyərlər, biz öz nifrətimizdə olduğumumuz kimi, sevgimizdə də azadıq… Ermənistanın ən böyük problemi onun hələ ki, müstəqil ola bilməməsi, müstəmləkə olmasıdır. Müstəmləkə isə həmişə ləkə ilə bitir…

Mir Şahin

© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
04.07.2009
15:39 Xamneyinin köməkçisi: «Musəvi Amerikanın beşinci kolonudur»
15:26 Təhsil Nazirliyi: Aksiya keçirən valideynlərin tələbi əsassızdır
15:24 Rusiya mitropoliti Kirill İstanbuldadır
15:22 Bakıdakı şadlıq sarayından toy məclisi zamanı pul qutusu oğurlanıb
15:19 Bolqarıstanda ağır yol qəzası baş verib, 11 türk ölüb
14:44 Şimali Koreya 7-ci raketini buraxdı
14:36 İsa Qəmbər: "Nümayəndə heyətlərinin səfərinin heç bir əhəmiyyəti yoxdur"
14:20 Yasamal və Nərimanov rayonlarında silah sursat tapılıb
14:11 Əfqanıstanda 2 ABŞ əsgəri həlak olub, 4-ü yaralanıb
14:10 Ermənistanın müdafiə naziri İrana dəvət edilib
13:57 İran MAQATE-nin yeni sədrinə müraciət edib
13:25 Şimali Koreya beşinci raketini buraxdı
13:20 Ər arvadını qətlə yetirib
13:05 ATƏT sədri Levon Ter Petrosyanla görüşüb
12:57 “Mançester Yunayted” Maykl Ouenlə müqavilə imzalayıb
12:27 Naxçıvanda ruhi xəstə qohumunu qətlə yetirib
12:24 Maykl Ceksonla vidalaşmaq üçün iki saat ərzində 500 min nəfər müraciət edib
11:53 "Azərbaycan hökuməti öz əli ilə ermənilərin böyük diplomatik uğur qazanmasına şərait yaradır"
11:38 İnquşetiyada milis maşını atəşə tutulub, 9 nəfər ölüb
11:30 Təhsil Nazirliyinin qarşısında aksiya keçirilib
11:15 Dağıstan və Azərbaycanın gənclər nazirləri arasında qarşılıqlı əməkdaşlıq barədə saziş imzalanacaq
11:12 Azərbaycanın paralimpiya üzrə komandası Macarıstanda ilk qızılını qazanıb
11:05 “Neftçi” Azərbaycan çempionu adını qazandı
10:49 Ölkədə havaların normadan artıq isti olması ilə əlaqədar iş dayandırıla bilər
10:44 Doku Umarov sağ olduğunu və Rusiya ilə mübarizəni davam etdirəcəyini deyib
10:28 Avropada bir gündə 642 nəfər "donuz qripi"nə yoluxub
10:27 Daha bir Azərbaycan güləşçisi Avropa çempionu oldu
10:25 Azərbaycanlı idmançılar Malaziyada təlim məşq toplanışı keçəcəklər
10:23 Şimali Koreya bir sutka ərzində dördüncü raketi buraxıb
09:45 QAT Qarabağa səfərə etiraz olaraq aksiyalara başlayacaq
09:33 Rumıniya Azərbaycandan daha böyük həcmdə neft almaq niyyətindədir
09:11 Ermənistan silahlı qüvvələri bir istiqamətdə atəşkəsi pozub
09:10 Paytaxtdakı şadlıq sarayında və marketlərdə yararsız qida məhsulları aşkarlanıb (SİYAHI)
08:58 Sankt-Peterburq Teatrı Bakıya qastrol səfəri edəcək
08:55 Abdulla Gül Medvedevə zəng edib
08:36 Mərkəzi Bankın valyuta ehtiyatları 5 mlrd dollara çatıb
06:38 Türkiyəli Abbas Koca 118 yaşını qeyd edib
06:15 Son iki gün ərzində dünyada daha 12 720 nəfərin H1N1 virusuna yoluxduğu təsdiqlənib
06:03 Londonda “donuz qripi”ndən ilk ölüm faktı qeydə alınıb
05:33 Kolumbiyada zəlzələ baş verib
05:11 Madonna səhnəyə çıxmadan əvvəl “Fatihə” surəsini oxuyur
04:32 Bəşər Əsəd Barak Obamanı təbrik edib
04:02 Seçkilərdə səs vermək üçün Bolqarıstana gedən türklər irqçilərin etirazı ilə qarşılaşıb
03:22 Londondakı yanğında ölənlərin sayı 6 nəfərə çatıb
03:01 Rəcəb Tayyib Ərdoğanın cangüdəni avtomobil qəzasında ölüb
02:47 Fransada qatar traktorla toqquşub, 13 nəfər yaralanıb
02:16 «Mən yaradıcılığım vasitəsilə Azərbaycanın tarixi ilə bağlı yalanları düzəltməyə çalışıram»
01:53 Sudanın Darfur əyalətində iki QHT işçisi oğurlanıb
01:44 Əfqanıstanda Kanada hərbçisi həlak olub
01:23 Londondakı 12 mərtəbəli binada yanğın: iki uşaq həlak olub
01:15 Prezident İlham Əliyev Azərbaycan və Ermənistanın bir qrup ziyalısını qəbul edib
01:12 Sara Peylin Alyaska ştatının qubernatoru vəzifəsindən gedir
01:02 Maykl Ceksonla vida mərasimində yalnız biletlə iştirak etmək mümkün olacaq
00:06 Mixail Saakaşvili: “Müxalifətin hərəkətləri nəticəsində 20 min iş yeri itirmişik”
03.07.2009
23:30 Səudiyyə Ərəbistanında A/H1N1 virusuna yoluxanların sayı 100 nəfəri ötüb
23:16 Avropa Parlamenti Barrozu ilə bağlı qərarı təxirə salıb
23:04 Eressun körfəzində iki yük gəmisi toqquşub
22:55 Cənubi Koreya şımal qonşusu ilə müharibəyə hazırlaşır
22:48 "Ya Batumidəki kimi dəbdəbəli otelləri inşa edək, ya da Tiflisdəki kimi çadır şəhərcikləri"
22:20 "İçərişəhərlə bağlı aparılan siyasət davam etdiriləcək"
21:51 Rusiya ilə ABŞ hərbi əməkdaşlığı bərpa edir
21:28 Qaz tarifləri yenidən aşağı salına bilər
21:12 Bir qrup dənizçiyə "Tərəqqi" medalı verilib
21:05 Dağlıq Qarabağa səfər edən nümayəndə heyəti Bakıya gəlib
20:44 İtaliyadakı partlayış nəticəsində həlak olanların sayı artıb
20:40 Seulda Kim Çen İrin portretləri yandırıldı
20:33 Polşa prezidentinin Azərbaycana iki günlük rəsmi səfəri başa çatıb
20:23 Pakistanda hərbi helikopter qəzaya uğrayıb
20:15 Sankt-Peterburqda “Boeing-737” təyyarəsi qəzalı eniş etmək məcburiyyətində qalıb
20:11 Azərbaycan prezidenti amerikalı həmkarını ABŞ-ın müstəqillik günü münasibətilə təbrik edib
20:00 “Obamanın səfərindən çox şey gözləyirik”
19:54 Əfqanıstanda partlayış baş verib
19:44 Moskva Kuril adaları ilə bağlı məsələyə reaksiya verdi
19:36 Türkiyə XİN başçısı «Nabukko» layihəsini ölkəsinin enerji prioriteti kimi dəyərləndirib
19:25 Azərbaycanın Rusiyadakı səfiri Ermənistan prezidenti ilə görüşüb
 
©  2006-2009 ANS-PRESS Rambler's Top100 Back to top ^^