|
Elm / 31.05.2008 11:00 Bu gün Azərbaycan məktəblərindən 121 244 şagird məzun olacaq
Onlardan 849-u özəl məktəblərin məzunlarıdır
Bu gün Azərbaycan məktəblərindən 121 244 şagird məzun olacaq. Onlardan 849-u özəl məktəblərin məzunlarıdır. Bu haqda ANS PRESS-ə təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, 156 101 şagird isə 9-cu sinfi bitirəcək. Onların 849-u qeyri-dövlət məktəblərinin məzunlarıdır. Axşam ümumtəhsil məktəblərini, eləcə də gündüz məktəblərinin bazasında axşam siniflərini 651 şagird bitirəcək.
Nazir onu da qeyd edib ki, 2008-2009-cu tədris ilində gündüz ümumtəhsil məktəblərinin birinci sinfinə 122 546 nəfər şagird qəbul olunacağı gözlənilir. Peşə məktəblərinin inkişaf etdirilməsindən danışan M.Mərdanov bu sahəyə xüsusi diqqət ayrıldığını vurğulayıb: «Bu məqsədlə Qəbələdə otelçilik və turizmlə bağlı peşə məktəbinin fəaliyyət göstərməsinə hazırlıq işləri tamamlanıb. Bu il sentyabrın 15-dən etibarən natamam orta təhsilli şagirdlər sözügedən təhsil müəssisəsində öz təhsillərini davam etdirəcəklər. Ölkədə yeni olan bu sahənin mükəmməl öyrənilməsi üçün lazım olan bütün şərait yaradılıb», deyə nazir bildirib. Gülnaz Qənbərli /ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|