BU GÜN07.01.2009
HAVA
BAZAR
NAMAZFəcr
06:08
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Nəzər Nöqtəsi / 27.05.2008 19:45
“Bu torpaq üçün vuruşmaq və ölmək zamanı gələndə Vahid Mustafayevlə Vahid Naxış bir yerdə olacaq”
Vahid Mustafayev: “Dinləyici və oxuculara qulluq etməyi özümüzə şərəf bilirik”

-Vahid müəllim, Sizi təbrik edirəm. Efirə verdiyiniz ilk mahnı yadınızdadırmı?
-Azərbaycanın Respublika günü və ANS ÇM radiosunun yaranması münasibəti ilə sizi təbrik edirəm. Birinci musiqi (ANS ÇM-in musiqili pərdəsindən sonra) Viktor Tsoyun "Dalshe deystvovat budem mı" olub.

-Azərbaycan radio məkanında inqilab etməyinizdən 14 il ötür. Sizdən bir peşəkardan kimi soruşmaq istəyirəm: Necə hesab edirsiz, bu gün yeni texnologiyaların (mp3 player ve s.) həyatımıza daxil olmasının belə sürətlə getdiyi bir dövrdə, radio, musiqi dinləmək üçün bir vasitə olaraq hələ nə qədər qala bilər? Deyə bilərikmi, radiolar getdikcə musiqini öz efirlərində daha az verəcək?
-MP3 playerlərdən də öncə digər musiqi daşıyıcılarının olmasına baxmayaraq, radiostansiyalar mövcud idi. Və hər zaman radionun keyfiyyəti bazarda olan musiqi daşıyıcılarının keyfiyyəti ilə bərabər olub. Odur ki, texnologiyalar inkişaf etdikcə, radio da inkişaf edəcək. Lakin nəzərinizə əsas şeyi çatdırmaq istəyirəm: radio cansız MP3 playerdən fərqli olaraq sizin dostunuzdur, canlıdır. Və hər zaman sizin kefinizi kök, əhvalınızı yüksək, intellektinizi qulaq asdığınız radioyaya adekvat edəcək.

- Müasir dövrdə rəqabətdə uduzmayan radio necə olmalıdır?
- Uduzmayan radio konyukturanı nəzərə almayan, öz kefi ilə yaşayan və fəaliyyət göstərən radiodur. Ona görə ki, o, heç kimlə rəqabət aparmır.

- Bəzən ekranda mini yubkalı, açıq-saçıq qızlara görə mən valideynlərimlə birlikdə televizora baxa bilmirəm. Təəssüflər olsun ki, açıq-saçıq qızlar ANS-də də nümayiş olunur. Sizin kanal açıq-saçıq qızları nümayiş etməsə, Sizə və Sizin kanalınıza çox minnətdar olardım.
- Mən elə özüm də bu açıq-saçıqlığın əleyhinəyəm. Amma arada bir əldə etdiyimiz məhsullar arasında (məsələn, serial, bədii film və s.) qeyd etdiyiniz səhnələr bizim yayımımızda özünə yer tapır. Bu da daha çox zəmanənin kuryozlarıdır.

- Azərbaycanda azarkeşlik etdiyiniz, bəyəndiyiniz futbol klubu hansıdır?

- Mən şəxsən boksa daha çox meylliyəm. Futbolun konsepsiyası mənim üçün hələ də aydın olmadığından onu izləyə bilmirəm.

- 21 yaşım var. Məndə mediaya böyük həvəs var. Gələcək həyatımı da media ilə bağlamaq istəyirəm. Qəzet, radio, sayt, jurnal, TV və s. gələcəkdə görmək istədiyim proyektlərdir. Açığı artıq indidən imkanım və bacarığım daxilində bu işlərə başlamaq istəyirəm. Mənə illərini bu işə verən biri və bu işlərin içərisində olan biri kimi nə məsləhət görürsünüz? Mediada olmağa dəyərmi? İnanın ki, Sizin məsləhətiniz mənim həyatımı dəyişdirə bilər.
- Şəxsən mən mediada olduğuna görə təəssüflənməyən çox adam tanıyıram. Amma tanıdığım bir neçə adam da var ki, təəssüflənir. Bəziləri hətta həbsdədir. Bir neçəsi isə öldürülüb... Özüm sadaladığım bütün bu hallarla dəfələrlə rastlaşmışam. Odur ki, özünüz seçin: bu cür rəngarəng və maraqlı həyat sizi qane edir, ya yox.

- Niyə ANS TV-ni internetdə canlı izləmək olmur?
- ANS TV-ni internetdə canlı izləmək üçün biz burada layiqli provayder tapa bilmirik.

- Din haqqında veriliş açmaq fikriniz varmı?
- Sizin kimi tamaşaçı, dinləyici və oxuculara qulluq etməyi özümüzə şərəf bilirik. O ki, qaldı dini verilişə, inşallah, səbrli olun, Allah mərdiməzara lənət eləsin.

- Elə olubmu ki, dövlətin mənafeyi uğrunda hər hansı bir məlumatı, hökümətlə razılaşdırıb, cəmiyyətə dezinformasiya şəklində çatdırmısınız?
- Allah sizi güldürsün. Bizim hökumətlə münasibətlərimiz olsaydı, bizi 2006-cı ilin sonunda bağlamazdılar.

- Azərbaycan jurnalistlərinin həyatının təhlükədə olması fikri ilə nə dərəcədə razısınız?Həqiqətən belədirmi?
- Tamamilə razıyam. Amma tək Azərbaycanda yox. Dünyanın bütün yerlərində jurnalist peşəsi çox təhlükəli və məsuliyyətlidir.

- Bu yaxınlarda "Yeni Müsavat" qəzetində ANS-in Səfər Əbiyevlə xüsusi əlaqəsi olduğu vurgulanib. Buna munasibətiniz necədir?
- Biz ANS Şirkətlər Qrupu olaraq heç bir hökumət strukturları ilə kommersiya əlaqələrində bulunmuruq. Və buna ehtiyacımız da yoxdur.

- Kanalınızın aparıcıları, xususilə "Xəbərçi"nin aparicilarindan əksərinin xarici gorünüşləri qənaətbəxş deyil, eləcə də onların bəziləri ləhcə ilə danışır, xüsusilə cavan kişilərin bığlı veriliş aparmaları yaxşı hal deyil.
- Biz aparıcıları onların intellekt səviyyəsinə görə seçirik. Onların zahiri görünüşü bizi heç maraqlandırmır. (bura model evi deyil). O ki, qaldı ləhcə və tələffüzdə səhvlərə, mən belə bir faktla rastlaşmamışam. Diksiya məsələlərinə şirkətimizdə Azərbaycanın ən yüksək peşəkarları olan Sabir Ələkbərov və Şərqiyyə Hüseynova cavadehdir.

- Bir müddət öncə həbsdə olan jurnalistlər və onlara dəstək olaraq digər jurnalistlər tərəfindən aclıq aksiyasi keçirilmişdi. Bu aclıq aksiyasi barədə heç bir kanalda məlumat verilmədi. Bəlkə də onları başa düşmək olar, adları "özəl, mustəqil" olsa da, özlərinin kimə xidmət etdiyi aydındır. Bəs ANS? Ümumiyyətlə kanalınızın bağlandıqdan sonra 180 dərəcə dəyişməsini nə ilə əlaqələndirmək olar?
- Çox təəssüf olsun ki, proqramlarımızı izləməyən birisi olaraq bu cür ifadələr işlədirsiniz. Adıçəkilən mövzu haqqında ANS televiziya, radio və internet saytımızda dəfələrlə məlumat vermişik.

- Bəzən elə olur ki, kiməsə ehtiyac duyur insan.Belə hallarda kiminlə dərdləşib, söhbət edirsiniz?Yoxsa yalnızlığı, sakitliyi seçirsiniz?
- Mən də hər bir insan kimi özümdən böyüklərə daim müraciət edirəm. Şükür Allaha ki, mənim məsləhət verəcək böyüklərim var və Alahdan onlara can sağlığı arzu edirəm.

- ANS kanalında xəbərlər verilişinin adı “Xəbərçi” gedir. Hamının bildiyi kimi, bizim dilimizdə “Xəbərçi” kəlməsi mənfi mənada işlənir. Mənə maraqlıdır, Siz bu adı seçərkən həmin kəlməyə acıyıb, onu mənfi mənadan xilas edərək müsbət məna verməyi düşünüb, belə bir addım atmısınız? Yoxsa, elə bilirsiniz ki, bu cür qeyri-ənənəvi ad və ifadələr Sizə yenilikçi kimi populyarliq verəcək?
- Elə bilirəm ki, bu sual 1992-ci ilin noyabrın 26-dan qalmadır. Məncə, dəmirçi, kömürçü, ipəkçi və çörəkçi öz peşəsinin adı ilə nə qədər fəxr edirsə, "Xəbərçi" də öz adı ilə bir o qədər qürrələnə bilər.

- Siz bunlardan özünüzə hansını daha yaxın hesab edirsiniz? ANS PRESS, ANS TV, yoxsa ANS ÇM?
- Hamısını. Ona görə ki, hamısında ANS var.

- "Xəbərçi" bir neçə il əvvələ qədər o dərəcədə məşhur veriliş idi ki, onun əməkdaşlarını hamı adbaad tanıyırdı. Amma indi belə deyil. Çünki, indi "Xəbərçi"nin kollektivi jurnalistikada ilk addımlarını atan, jurnalistikanı bir peşə kimi seçib-seçməyəcəyini hələ özü üçün də müəyyənləşdirə bilməmiş gənclərdən ibarətdir. Bu verilişin səviyyəsinin artırılması üçün tədbirlər planlaşdırılırmı və kollektivin peşəkar xəbər komandasına çevrilməsi üçün hansı addımlar atılacaq? Axı qarşıdan prezident seçkiləri gəlir və həmin ərəfədə peşəkarlara daha çox ehtiyac olacaq.
- ANS-in istinad etdiyiniz, bir zamanlar adbaad tanınan jurnalistləri də nə vaxtsa ilk addımlarını atan, təcrübəsiz, dəliqanlı gənclər olub. Onları təcrübə və peşə vərdişləri peşəkarlığa və yaşa doldurub. İndi sizin çətinliklə tanıdığınız, təbirinizcə desəm, jurnalistikada ilk addımlarını atan əməkdaşlarımızın gələcəyinə inanıram. Əlbəttə, ola bilsin ki, onların da arasından kimlərsə daha zəif və daha az inadcıl çıxacaq. Amma bu heç də xəbərlərimizin keyfiyyətinə təsir göstərməyəcək. Şəxsən məndən ötrü ANS-in aparıcılarının yox, xəbərimizin tanınması şərtdir. İkinci olduqca birinci də olacaq.

- Vahid Naxış, yoxsa Vahid Mustafayev? Və niyə? Nə vaxtsa qəlbinizdən Çingiz ömrü yaşamaq keçib?
- Vahid Mustafayev ANS Şirkətlər Qrupunun prezidenti, Vahid Naxış isə telereportyordur. Bu torpaq üçün vuruşmaq və ölmək zamanı gələndə onlar bir yerdə olacaq. Çingiz ömrünü yaşamaq yalnız Çingizə xas idi. Mən Vahid ömrü yaşayıram və bu ömrə görə utanmıram. Üstəlik qarşımda yaşanmış Çingiz ömrü nümunə kimi dayanıb.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin forumçuların suallarına cavablarını buradan oxuya bilərsiniz

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
06.01.2009
23:10 Türkiyədə kütləvi həbslər həyata keçirilib
22:31 Qazaxıstan xüsusi xidmət orqanları baş redaktoru həbs edib
22:05 Rusiyanın Qərb xəttindən Türkiyəyə verilən təbii qaz kəsilib
21:24 Avropanın ən zəngin iş adamlarından biri özünü öldürüb
20:57 Naxçıvanda son bir neçə gündə 40 santmetrədək qar düşüb
19:44 Ukraynada ehtiyat yanacaq kimi mazutdan istifadə olunacaq
19:20 Cənubi Qafqazı Rusiya ilə birləşdirən magistral bağlanıb
17:34 Dövlət Yol Polisinin sabiq əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən “vəkil”in məhkəmə baxışı başlayıb
16:57 «20 yanvar» faciəsinin 19-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
16:54 Çində bir qadın quş qripindən ölüb
15:55 Ərdoğan: "Gürcüstan üçün verilən reaksiya Qəzzaya qarşı nə üçün göstərilmir?"
15:47 Aşura günü Bakının bir neçə məscidində qanvermə aksiyası keçiriləcək
15:37 “İbrus" teatrında “İvan Buninin axırıncı döyüşü” tamaşası nümayiş etdiriləcək
15:09 Mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvləri tutulub
15:05 İsraildə 70 min iranlı tələbə kamikadze olmaq istəyir
14:58 Azərbaycanda məskunlaşan 70 min Axıska türkünün 40 mini geri dönmək üçün müraciət edib
14:56 Filippində bir qrup aksiya iştirakçısı Qəzzada törədilən qırğınlara öz etirazlarını bildiriblər
14:52 Avropa komissarı Qəzzadakı humanitar vəziyyətin faciəvi olduğunu bildirib
13:45 Qvatemalada 34 nəfərin ölümü ilə nəticələnən torpaq sürüşməsi baş verib
13:30 “Aşura günü qanunsuz aksiya və yürüşlərin keçirilməsinə yol verilməyəcək”
13:19 Neft dünya birjalarında 48 dollara satılıb
13:16 Türkiyə hökuməti şair Nazim Hikmətin vətəndaşlıq hüququnu bərpa etdi
12:49 Fransa hərbi-dəniz donanmasının Ədən körfəzində keçirdiyi əməliyyat nəticəsində 19 dəniz qulduru tutulub
12:40 Bu gün BMT Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar iki günlük müzakirələrə başlayacaq
12:25 Türkmənistan-Çin yeni magistral qaz kəmərinin tikintisi ilə bağlı işlər sürətlənib
12:23 Rusiya Türkiyə, Bolqarıstan, Yunanıstan və Makedoniyaya qaz nəqlini dayandırdı
12:12 Aşura mərasimi ilə əlaqədar olaraq Lənkəranda qanvermə aksiyası keçirilib
11:58 Bu ildən magistratura pilləsinə qəbul iki mərhələdə həyata keçiriləcək
11:51 Dakar Rallisinin növbəti yarış günü pilotlar 695 km-lik məsafədə yarışıblar
11:32 10 gün sonra internet xidmətinin göstərilməsi üçün nəzərdə tutulmuş rəqəmsal kanallardan istifadə tarifləri aşağı salınacaq
11:28 Bu il Azərbaycanda inflyasiya 15-17 faiz təşkil edəcək
11:24 İsrailin Qəzzada apardığı quru əməliyyatında 26-sı uşaq olmaqla 100 nəfər ölüb (Fotoreportaj)
11:16 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
10:53 Bu gün Türkiyə Böyük Millət Məclisində Qəzzadakı vəziyyət müzakirə ediləcək
10:28 İsrail tankları Xan Yunis şəhərinə giriblər
10:24 Azərbaycan filmləri Almaniyada nümayiş etdiriləcək
10:20 Bu gecə Nəsimi rayon ərazisində ana və azyaşlı qızı bıçaqlanıb (Yenilənib)
01:39 Neftçalada canavarların növbəti hücumu olub
00:14 Dünyanın ən varlı 10 adamının varidatı 150 milyard dollar azalıb
05.01.2009
23:44 Ölkədəki soyuq hava şəraiti kənd təsərrüfatına müsbət təsir göstərəcək
22:59 «Naftoqaz» «Qazprom»la danışıqların davam etdirilməsinə tərəfdardır
22:11 Nikola Sarkozi: «Qəzza bölgəsində qan tökülməsi dayanırılmalıdır»
21:20 Millət vəkillərinin Gürcüstana səfəri başlayıb
21:01 Quba-Xınalıq yolunda qar uçqunu baş verib
20:09 Xaçmazda şəriklər arasında mübahisə bıçaqlanma ilə nəticələnib
19:21 Ermənistan silahlı qüvvələri günorta saatlarında atəşkəsi pozub
19:03 Livanda İsrail əleyhinə aksiyada qarşıdurma yaranıb
18:31 ABŞ və Gürcüstan arasında müqavilə yanvarın 9-da imzalanacaq
17:48 Somali quldurları göyərtəsində 2 min ton yanacaq olan gəmini ələ keçiriblər
17:43 Azərbaycan millisi Belarusa məğlub olub
17:42 Qəsdən adam öldürməkdə təqsirləndirilən 73 yaşlı Qobustan rayon sakininin məhkəməsi başlayıb
17:40 MTRŞ-ın bu günkü iclası təxirə salınıb
17:22 TRT erməni dilində telekanal açacaq
17:06 Prezident İlham Əliyev Azərbaycanın bütün xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
16:26 Pantomima Teatrının yanvar ayı üçün afişası
16:21 İsrail Qəzza əməliyyatına il yarım hazırlaşıbmış
15:53 Kubok oyunlarının vaxtı bəlli oldu
15:51 Son üç ay ərzində Bakı şəhərində 157 nəfər dəm qazından zəhərlənib, onlardan 6 nəfəri dünyasını dəyişib
15:45 Azərbaycan beynəlxalq kinofestivalda təmsil ediləcək
15:44 Ukrayna Rusiya qazının tranzitini qadağan edib
15:07 Sevda Ələkbərzadə: «Sənətdə hələ heç nə etməmişəm»
15:00 Türkmənistanın yeni manatının üzərində Dədə Qorqudun təsviri əks olunub
14:44 Hacıqabul rayonunda bir gündə 26 nəfər dəm qazından zəhərlənib
13:47 İvitsa Oliç "Bavariya" klubu ilə 3 illik müqavilə imzalayıb
13:42 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının afişası
13:41 Döyərək adam öldürməkdə təqsirləndirilən dayı və bacı oğlunun məhkəmə baxışı başlayıb
13:10 QAT: "Biz fələstinlilərin haqq işini dəstəkləyir və İsrail rejiminin törətdikləri vəhşilikləri qətiyyətlə pisləyirik"
13:03 "Xəzər-Lənkəran" Antalyaya yollanıb
12:58 Avropa Birliyinin nümayəndə heyəti bu gün Yaxın Şərqə rəsmi səfər edəcək
12:52 İsrail prezidenti Şimon Peres bəyan edib ki, ölkəsi Qəzzada hərbi əməliyyatları dayandırmayacaq
12:27 Yaxın iki-üç gün ərzində respublikada hava şəraiti qeyri-sabit keçəcək
12:19 Bu gün əcnəbi dillərdə filmlərin yayımının dayandırılması ilə bağlı MTRŞ-ın iclası olacaq
12:16 Pan Ki Mun, Qəzzada baş verən hadisələrlə əlaqədar Qüdsdə olan Yaxın Şərq koordinatoru Robert Serrini geri çağırıb
12:10 Neftin qiyməti artıb
12:09 Badri Kvaratsxeliya "Standard" klubun baş məşqçisi olacaq
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^