BU GÜN08.09.2008
HAVA
BAZAR
NAMAZ
:
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Nəzər Nöqtəsi / 17.05.2008 18:01
“İslamın gücü səsgücləndiricilərdə yox, ilahiliyində, mahiyyətində və saflığındadır”
Hidayət Orucov: “Din pərdəsi altında gizlənmiş və İslamdan xəbəri olmayan bəzi şəxslərin «gücü» səsgücləndiricilərdədir və onlar bu «gücü» əldən vermək istəmirlər”

- Azanın səs gücləndiricilərlə verilməsi qadağan edilib. Qardaş dediyimiz Türkiyədə də bir çox məscidlərdə bundan istifadə edildiyi halda Azərbaycanda nəyə görə bu qadağan edilir?

- Azanla bağlı məsələ artıq arxada qalmış və həll edilmiş problemdir. Bu məsələnin yenidən gündəmə gətirilməsi, ümumiyyətlə, gündəmdən düşməməsi üçün göstərilən səylər onu deməyə əsas verir ki, kimlərsə bu məsələdə maraqlıdır və məqsədli şəkildə azanla bağlı problem yaratmaq istəyirlər.
Dəfələrlə bildirmişəm və bir daha bəyan edirəm ki, azan heç vaxt qadağan edilməyib, ümumiyyətlə, bu məsələ müzakirə mövzusu olmayıb və ola da bilməz. Sadəcə, Qafqaz Müsləmanları İdarəsi azanın yetərincə verilməsini tövsiyə edib və Dövlət Komitəsi də bu tövsiyəni müsbət qarşılayıb.
İslam milyonlarla kvadrat kilometr ərazini, onlarla ölkəni və yüz minlərlə insanın qəlbini fəth edərək bu günümüzə qədər gəlib çıxıb. Amma bunlar səsgücləndiricilər olmadan baş verib. Çünki İslamın gücü səsgücləndiriclərdə yox, ilahiliyində, mahiyyətində və saflığındadır. Təəssüf ki, din pərdəsi altında gizlənmiş və İslamdan xəbəri olmayan bəzi şəxslərin «gücü» səsgücləndiricilərdədir və onlar bu «gücü» əldən vermək istəmirlər.

- Azərbaycanda Vəhabilik təriqəti ilə bağlı narahatlıqlar varmı? Azərbaycanda müxtəlif qeyri-müsəlman sektaların yayılma prosesi gedir. Ayda müəyyən məbləğdə pul verməklə insanları özlərinə tabe edirlər. Siz bunun qarşısını almaq üçün nə işlər görürsünüz? Ümumiyyətlə, Azərbaycanda neçə qeydiyyatdan keçmiş qurum var?

- Dövlət təriqətlərüstü siyasət yeridir və Azərbaycan Respublikasının nə rəsmi dini, nə də rəsmi təriqəti var. Amma dövlət vətəndaşlarının vicdan azadlığını təmin etdiyi üçün hər kəsin seçiminə hörmətlə yanaşır. Birmənalı şəkildə bəyan edirəm ki, hansısa təriqət və ya təriqət mənsubları dövlət üçün problem yaradacaq gücdə deyil. Çünki dövlət Azərbaycan xalqının iradəsini ifadə edir və heç bir qüvvə bu iradəyə qarşı çıxa bilməz.
O ki qaldı qeyri-islam sektaların yayılmasına, mövcud vəziyyət heç də bəzilərinin düşündüyü və iddia etdiyi kimi deyil. Doğrudur, indiyədək bu sahədə maddi amillərdən, insanların sosial problemlərindən istifadə edilməsi halları müşahidə edilib və bu gün də belə hallara az da olsa rast gəlmək mümkündür. Lakin bu cür halların qarşısının alınması məqsədilə konkret tədbirlər həyata keçirilir və təhlillər göstərir ki, zaman keçdikcə qeyri-ənənəvi təriqətlərin və dinlərin təbliğatı zəifləyir və onların sıraları seyrəlir. Bunun bir neçə səbəbi var. Birincisi, həmin qeyri-ənənəvi dinləri və təriqətləri Azərbaycanda yaymaq istəyən qüvvələr artıq başa düşürlər ki, ölkəmizdə istəklərini reallaşdıra bilməyəcəklər.
Digər tərəfdən, Azərbaycan iqtisadiyyatı gücləndikcə insanların sosail rifah halı yaxşılaşır və maddi təminat qarşılığında bəzilərinin dinini dəyişməsi tendensiyası aradan qalxır. Bu məsələdə digər bir səbəb isə ölkədə aparılan İslami maarifləndirmədir. Çünki zaman keçdikcə insanların İslamla bağlı bigiləri artır.
İndiyədək Dövlət Komitəsində 488 dini icma qeydiyyatdan keçib və onların sayı günbəgün artır.

- Bildiyimiz kimi keçmişdə qılınc gucu ilə yayılmış dinlər var.Onlar kecmiş dövrlərin konstitusiyasi ile qeydiyyatdan keçibler, yoxsa indiki Konstitusiyaya uygun gəlir qılıncın tətbiqi?
- Mən sualın qoyluşu ilə razı deyiləm. Çünki dinlərin, ümumiyyətlə, əqidə və birbaşa insanın ürəyi ilə bağlı məsələlərin zorla, qılınc gücünə qəbul etdirilməsinin mümkünlüyünə inanmıram. İnsanın zorla, məcburiyyət qarşısında qəbul etdiyi əqidə müvəqqəti ola bilər. Bu baxımdan Azərbaycanda, ümumiyyətlə, dünyanın hansısa yerində İslam və ya başqa din zorla qəbul etdirilsəydi, bir müddət keçdikdən və məcburiyyət götürüldükdən sonra insanlar ondan imtina edərdi.


- Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsinə istinad edərək sualimi vermek istəyirəm. Mənim fikrimcə, bu maddə olke ərazisində yalniz tarixən mövcud olmuş dini qurumları əhate etməlidir. Bu gün isə onun şahidiyik ki, dini etiqad azadlıgını bəhanə edən bir çox insanlar ölkəmiz və xalqımız üçün gələcəkdə təhlukəli hesab edilə biləcək bir sıra dini cərəyanları, o cümlədən nurçuluq ve vəhabiliyi yaymaqla elə bir şərait yaratmaq istəyirler ki, güya, baxişlar da Azərbaycanda mövcud olub. Nəyə görə Sizin Komitə belı qanunsuz əməllərin qarşısını vaxtında almır?

- Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsinə görə, hər kəsin vicdan azadlığı, dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. Hansı dinlərin və təriqətlərin yayılmasına qadağa qoyulması ilə bağlı məsələyə gəlincə, bu, Konstitusiyamızın 18-ci maddəsində açıq şəkilə ifadə edilib. Həmin maddəyə əsasən yalnız insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Məncə, bunlardan sonra əlavə şərhə ehtiyac yoxdur.

- Nəyə görə hamının bildiyi Abu-bəkr məscidini baglamırsınız? Orada Mir-Mövsüm aganın ziyarətinə gedənləri “rafizi” adlandırırlar. Halbuki, ölkə prezidenti ve butun Azərbaycan xalgı o məscidi ziyarət edir.


- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidləri, dinləri, təriqətləri yox, dini icmaları qeydiyyata alır. Amma hansısa icmanın qeydiyyatını ləğv etmək Dövlət Komitəsinin səlahiyyətləri daxilində deyil. Bunu yalnız məhkəmə edə bilər.
Onu da qeyd etmək istəyirəm ki, Dövlət Komitəsi hər bir icmanın fəaliyyətini yaxından izləyir və qanunun tələblərinə əməl etməyən icmalar haqqında lazımi ölçü götürülür.
Dövlət Komitəsi mövcud qanunvericiliyin tələblərinə zidd fəaliyyət göstərən və Azərbaycan xalqının milli-mənəvi dəyərlərini aşağılayan dini icmaların qeydiyyatının ləğvi üçün məhkəmə qarşısında məsələ qaldırmaq hüququna malikdir. Ehtiyac olarsa, Dövlət Komitəsi bu hüququndan istifadə edə bilər.

- Niyə orta məktəblərdə Mənəviyyat dərsi tədris edilmir? Uşaqlar böyüdükdən sonra olur-olmaz dini təriqətlərə qoşulurlar. Bunun səbəbi isə onların dini bilgi sarıdan ac olmasıdır. Bunu qanuni şəkildə tədris etmək o qədər çətindir?


- Orta məktəblərdə şagirdlərə dinlərlə, xüsusilə İslamla bağlı lazımi bilgilərin verilməsi məsələsi artıq arxada qalmış və öz həllini tapmış məsələdir. Çünki hazırda ümumtəhsil məktəblərində «Həyat bilgisi» adlı fənn tədris edilir və eyni adlı dərslik hazırlanıb. Bu fənnin tədrisində əsas məqsədlərdən biri odur ki, gənclərin dinlər barədə lazımi bilikləri olsun. Hesab edirəm ki, gələcəkdə «Həyat bilgisi» dərsliyi daha da təkmilləşdirilə və onun proqramı genişləndirilə bilər.
Onu da deyim ki, əgər kimlərsə ümumtəhsil məktəblərində dinin tədris olunacağını düşünürsə, yanılır. Bu, mümkün deyil və qanunvericilik buna imkan vermir. Söhbət yalnız şagirdlərə dini bilgilərin verilməsindən gedir ki, bu da qeyd etdiyim kimi, artıq arxada qalmış və həllini tapmış məsələdir.

- Azərbaycan telekanallarında yayımlanan dini verilişlərin səviyyəsi sizi qane edirmi və sizin qurum həmin kanallarla hər hansi bir birgə layihə işləyirmi?

- Dəfələrlə bildirmişik ki, maarifləndirmə tədbirlərinin aparılmasında kütləvi informasiya vasitələri, o cümlədən telekanallarla əməkdaşlığa, hətta birgə fəaliyyətə həmişə hazırıq. Dövlət Komitəsi təkcə telekanallarla deyil, eyni zamanda radio, qəzet və jurnallarla, həmçinin Mətbuat Şurası ilə yaxından əlaqələr qurur. Əməkdaşlarımız dini proqramlarda, ümumiyyətlə, dinlə bağlı məqsədəuyğun hesab edilən bütün layihələrdə yaxından iştirak edirlər. Eyni zamanda Dövlət Komitəsi dini mövzularda yazan jurnalistlər üçün seminar-treninlər təşkil edir ki, bu da onların ixtisaslaşmasına müsbət təsir göstərir. Yəni bu məsələdə Dövlət Komitəsi tərəfdən heç bir problem yoxdur və mən çox istəyərdim ki, bütün kütləvi informasiya vasitələrində dinlə bağlı yazıların, o cümlədən telekanallarda dini proqramların səviyyəsi daha yüksək olsun.


- Azərbaycandakı dini qruplar haradan maliyyələşir? Bunun qarşısı niyə alınmır?

- Dini qurumların maliyyə qaynaqları qanunvericiliklə müəyyənləşib. Əgər söhbət qeyri-qanuni maliyyələşmədən gedirsə, bu, yolverilməzdir və müvafiq dövlət orqanları, o cümlədən Dövlət Komitəsi bunu həmişə diqqət mərkəzində saxlayır. Şübhəsiz ki, bu sahədə indiyədək lazımi tədbirlər görülüb və gələcəkdə həmin tədbirlər mütəmadi davam etdiriləcək.

- Məni "molla kəbini" deyilən dini nigah maraqlandırır. Niyə dövlət nigahı olmayanlara "molla kəbini" kəsilmir? Sizcə, bu barədə göstəriş qanunsuz deyilmi? İkincisi, onsuz da mollalar nigahı olmayanlara da kəbin kəsir. Sadəcə olaraq, qadağanın olması mollalara daha çox pul istəmək üçün bəhanə verir. Məni maraqlandırır ki, qadağanın müəllifi kimdir?

- Şeyxülislam həzrətlərinin dövlət kəbini olmadan molla kəbini kəsilməsinə icazə verilməməsi barədə fətvası var. Bu, tamamilə normal və təqdirəlayiq addımdır. Çünki Azərbaycan dünyəvi dövlətdir və molla kəbininin heç bir hüquqi əsası yoxdur. Bununla belə heç kim molla kəbininin kəsilməsini qadağan etmir, sadəcə, dövlət kəbini olmadan molla kəbininin kəsilməsi yolverilməzdir.
Bu məsələyə təkcə dövlət qurumları, Qafqaz Müsəlmanları İdarəsi yox, valideynlər, hətta nigaha girən gənclər də ciddi yanaşmalıdırlar. Əks təqdirdə, onlar gələcəkdə ciddi hüquqi problemlərlə üzləşə bilərlər.


- Niyə Azərbaycanda dini mədrəsələrin açılmasına icazə verilmir ? Dini təhsil almaq istəyən insanlar İrana, Suriyaya və s. dövlətlərdə təhsil alır. Siz əminsinizmi ki, onlardan casus qisminde geri qayıdan olmur?
- Birincisi, Azərbaycanda kifayət qədər mədrəsə var və yeni mədrəsələrin açılmasına heç kim qadağa qoymayıb. Əgər belə bir qadağa olsaydı, dövlət qeydiyyatından keçən dörd mədrəsə fəaliyyət göstərməzdi.
Onu da deyim ki, biz hazırda mədrəsələrdə, ümumiyyətlə, dini təhsil müəssisələrində təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində çalışırıq və konkret tədbirlər həyata keçiririk. Hesab edirəm ki, yaxın vaxtlarda ictimaiyyət həm bunun şahidi olacaq, həm də mədrəsələrin fəaliyyətindəki irəliləyişləri hiss edəcək.
Biz xaricdə dini təhsil alanlara düşmən gözü ilə baxmırıq və baxa da bilmərik. Onların arasında xalqını, vətənini və dövlətini sevən mütəxəsisslər az deyil. Ancaq gənclərimizin ölkə daxilində dini təhsil almalarını daha məqsədəuyğun sayırıq. Çünki hər bir ölkənin və cəmiyyətin dinə baxışında fərqli xüsusiyyətlər olur və bu xüsusiyyətlər onların təhsilində özünü biruzə verir.
Hansısa xarici ölkədə dini təhsil almış azərbaycanlı gənc istər-istəməz həmin xüsusiyyətləri özü ilə birgə Azərbaycana gətirir və bu zaman problemlər, ziddiyyətlər yaranır. Çünki Azərbaycan cəmiyyəti həmin xüsusiyyətləri və fərqli çalarları qəbul etmir. Bu baxımdan dini kadrları özümüzün hazırlaması daha doğrudur. Bunun üçün də ilk növbədə dini təhsilin səviyyəsi yüksəldilməlidir. Dövlət Komitəsi Təhsil Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi ilə birgə bu istiqamətdə tədbirlər həyata keçirir.


- Cümə namazında məscidlərdə cammaat üçün yer çatmır. Yeni məcidlərin tikintisinə niyə icazə verilmir?
- Məscid tikintisinə heç bir qadağa qoyulmayıb və bu barədə deyilənlərin heç bir əsası yoxdur. Hazırda ölkənin müxtəlif bölgələrində məscidlər tikilir. Dövlət tərəfindən məscid və ziyarətgahların bərpasına milyonlarla dollar vəsait xərcləndiyi bir dövrdə məscid tikintisinə qadağan qoyulduğunu iddia etmək absurddur.

- Dini kitabların çoxu xarici dövlətlərdə çap olunur. Onların düşüncə təzi ve maraqları çərcivəsində niyə buna göz yumulur. Olmazmı ki, bu kitabları özümüz çap edək?
- Xarici ölkələrdən kitab ixrac edilməsi qanunvericilikdə qadağan edilməyib. Əgər söhbət zərərli dini ədəbiyyatın ölkəyə gətirilməsindən gedirsə, bu, tam nəzarətdədir. Yəqin ki, çoxları razılaşar ki, son dövrlər bu sahəyə nazərət daha da güclənib. Biz xaricdən məqəsədəuyğun sayılan dini ədəbiyyatın gətirilməsinə normal yanaşırıq, amma hesab edirik ki, ölkə daxilində də dini ədəbiyyatın nəşri işi genişləndirilməlidir. Dövlət Komitəsi artıq bu istqamətdə lazımi işlər görür və getdikcə bu problem aradan qalxacaq.

-Məlumdur ki, dini mövzularla baglı maariflənməyə ehtiyac var. Vaxtaşırı mətbuatda komitənin keçirdiyi seminar-treninqler barədə məlumatlar yayılır. Bu seminarlar ictimaiyyetin, əsasən, dindarların maariflənməsi üçün yetərlidirmi?

- Bu gün cəmiyyətimizdə dini maariflənməyə böyük ehtiyac var və bu ehtiyacı yalnız seminar-treninqlərlə ödəmək mümkün deyil. Seminar-treninqlər Dövlət Komitəsinin dini maariflənmə sahəsində hazırladığı və həyata keçirdiyi silsilə tədbirlərin tərkib hissəsidir və biz buna böyük əhəmiyyət veririk. Təsəvvür edin ki, seminar-treninqlər ümumtəhsil məktəblərindən tutmuş həbsxanalara, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına qədər böyük bir kontingenti əhatə edir. Onu da deyim ki, mətbuatda yazılan və telekanallarda işıqlandırılan məqamlar seminar-treninqlərin çox az bir hissəsini əhatə edir.

- Sizin məzhəbiniz hansıdır? Şiyə ya Əhli sunnə?
- Mən müsəlmanam və belə ayrımları qəbul etmirəm.

Hidayət Orucovun forumçuların suallarına cavabları ilə burada tanış ola bilərsiniz

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
08.09.2008
12:46 Ayk qasırğası Karib adalarına zərbə vurub
12:37 Elmar Məmmadyarovun Moskavaya səfəri başa çatıb
12:16 ARDNŞ və Palmali Türkiyənin TEKFEN şirkətinin 50%-ni aldı
12:15 75 yaşlı Şəki sakini özünü yandırıb
12:09 İbtidai sinifdə təhsil alan şagirdlər üçün milli kurrikulum proqramı tətbiq ediləcək
11:53 Paralimpiya Oyunlarında ikinci bürünc medalı qazandıq
11:51 ABŞ-da prezidentliyə namizəd Con Makkeyn rəqibi Barak Obamanı üstələyib
11:48 Rusiya və Fransa prezidentləri Qafqazdakı vəziyyəti müzakirə edəcək
11:09 Pekin 2008 Yay Paralimpiya Oyunlarında da ilk medalımız cüdodan gəldi
11:05 Bakı-Sumqayıt yolunda qəza baş verib
11:04 Azərbaycan «Avroviziya rəqs-2008» müsabiqəsində beşinci yerə çıxıb
11:02 Türkiyənin enerji və təbii sərvətlər nazirinin Azərbaycana səfəri başlanır
10:58 Almaniyanın Hamburq şəhərindəki festival polislə toqquşma ilə nəticələnib
10:51 Əfqanıstanın Qəndahar şəhərində polis departamentində partlayış baş verib
10:45 Polis məni qoruyurmu?
10:36 Bakıdakı Əbu-Bəkr məscidində partlayış törətmiş silahlı qruplaşmanın lideri öldürülüb
10:21 Azərbaycan və Rusiyanın xarici işlər nazirlərinin təkbətək görüşündə nə müzakirə edildi?
09:57 Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozub
07.09.2008
17:08 Fransa prezidenti Nikola Sarkozinin Rusiyaya səfəri planlaşdırılır
17:00 Bakıda taksi dayanacaqları istifadəyə verilib
16:49 Rus hərbçiləri «Rustavi-2» telekanalının iki əməkdaşını saxlayıb
16:40 Bakı metropoliteninin "İçəri şəhər" stansiyası ilin sonunadək hazır olacaq
16:31 Lənkəranda inşa olunan hava limanı yaxın günlərdə istifadəyə veriləcək
16:29 Hanna qasırğası ABŞ-ın Nyu İnqland adlandırılan ərazisinə doğru yaxınlaşır
16:23 «NATO gəmilərinin Qara dənizdə hərəkəti Gürcüstanla Rusiya arasında münaqişənin tənzimlənməsinə yönəlməyib»
16:19 Rusiya və Venesuela bu ilin noyabrında hərbi dəniz təlimləri keçirəcək
16:12 Bu gun Moskva şəhəri 860 illiyini keçirir
16:06 «NATO Gürcüstan və Ukraynanın alyansa üzv olmasının tərəfdarıdır»
15:55 Pakistanın Pişəvar şəhərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb
15:51 Ukrayna prezidenti Viktor Yuşşenkonun Bakıya səfəri təxirə salınıb
15:45 İnquşetiya palamentinin sədr müavini Nazranda güllələnib
15:23 ABŞ-ın dövlət katibi Kondoliza Rays Mərakeşə səfər edib
15:16 Bu gün prezident İlham Əliyev Salyanda olub
14:39 MSK-dakı boş yerlər kimə veriləcək?
14:30 İdmançımız Ramin İbrahimov Paralimpiya Oyunlarının yarımfinala çıxıb.
13:58 Qusarda əməliyyat nəticəsində üç vəhabi öldürülüb
13:01 Respublika ərazisində "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi ayı keçiriləcək
12:24 Berti Foqts Dünya Çempionatı barədə proqnoz verib
11:57 ABŞ-ın Hindistanla razılıq ilə bağlı planı təsdiq edilib
11:37 Yeni dərs ili valideynə neçəyə başa gəlir?
11:28 Gəncənin elektron qaz sayğacları ilə təmin edilməsi gələn ilin ortalarına kimi yekunlaşacaq
11:25 ABŞ rəsmisi Şimali Koreyanın nüvə proqramı ilə bağlı danışıb
11:16 Hindistanda minlərlə insan Kəşmir küçələrində aksiya keçirib
11:08 Elmar Məmmədyarov bu gün Rusiyaya səfər edəcək
11:02 "Fiorentina" klubunun futbolçusu Adrian Mutu Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət edib
01:17 Bu aydan etibarən sosial sığorta haqqlarında artım olacaq
00:39 Murad Çelik: Milan Baroş irqçidir və Türkiyəyə yaraşmır
06.09.2008
23:52 Dünya Bankı ilə Azərbaycan höküməti arasında yeni layihə üçün saziş imzalanıb
23:13 Azərbaycanın Aktauda baş konsulluğu açılıb
22:54 Türkiyə millisi Ermənistan yığmasına qalib gəldi (FOTOSEESSIYA)
22:01 Azərbaycan Uelsə məğlub oldu
21:10 «Ayk» qasırğası Kubaya yaxınlaşır
20:14 Abdulla Gül Serj Sarkisyanla görüşüb (FOTOSESSİYA)
19:51 Türkiyədə PKK-nın 6 vilayət üzrə nümayəndəsi öldürülüb
19:49 Türkiyədə MHP Azərbaycana dəstək aksiyası keçirib
18:00 "Daşnaksütyun" partiyası Gülün gəlişi ilə bağlı İrəvanda etiraz aksiyası keçirir
17:49 FİFA hakimə tüpürən serbiyalı futbolçunu cəzalandırdı
17:15 Türkiyə prezidenti Abdullah Gül artıq İrəvandadır (Yenilənib)
17:04 Bakıda «2008-ci il Payız festivalı» keçiriləcək
16:53 QAT üzvləri Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər
16:47 Ərdoğan: "Ermənistanın planı var idisə də A.Gülün İrəvana getməsi bu planı pozdu"
16:18 Asif Əli Zərdari Pakistanın prezidenti seçilib
15:43 Qoran Lenmarker: “Türkiyə özündə güc tapmalı və “erməni soyqırımını” tanımalıdır"
14:47 Türkiyə prezidenti Abdullah Gülün İrəvan səfərinə bir neçə saat qalır
14:40 İrandan Azərbaycana 10 kq narkotik vasitə keçirən 3 nəfərdən ibarət dəstə saxlanılıb
14:30 Pakistanda seçki günü də partlayışsız ötüşməyib
13:30 Sərvət Çətin: "3 xalı xalqımıza hədiyyə edəcəyik"
13:07 Müğənni Zamiq Hüseynov həmkarı Natəvan Həbibi ilə ikinci duetini hazırlayıb
12:51 Cəlilabad rayonunda bədbəxt hadisə baş verib
12:41 Ermənistan millisinin baş məşqçisi Jan Poulsen: "Matçın favoriti təbii ki, Türkiyədir"
12:35 Prezidentliyə namizədlərdən 7 nəfər imza vərəqələrini müəyyən olunmuş vaxtda MSK-ya təqdim edə bilməyib
12:21 "Rusiya-Gürcüstan müharibəsində günahkarı müəyyənləşdirmək üçün AB-nin xüsusi komissiyası yaradılmalıdır"
12:12 Fateh Terim: " Tarixi tarixçilərin, siyasəti siyasətçilərin ixtiyarına vermək lazımdır"
11:58 ABŞ “Qafqazda təhlükəsizlik və əməkdaşlıq platforması”nı dəstəkləyir
11:49 İnternetdə “Əl-Qaidə”nin Əfqanıstandakı liderinin videomüraciəti yayımlanıb
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^