|
Kriminal / 15.05.2008 22:34 Gəncədə silah-sursat tapılıb
41 yaşlı Xəqani İbrahimov silah-sursatı evində saxlayırmış
Gəncə şəhər sakini 1967-ci il təvəllüdlü Xəqani Musa oğlu İbrahimovun evində görə silah və sursat, aşkarlanıb. Gəncə şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbiri nəticəsində X.İbrahimovun Dədə Qorqud küçəsi bina 59/33 ünvanında yerləşən mənzilindən nömrələri silinmiş 1 ədəd "AK-74" silahı, 1 ədəd nömrəsi silinmiş "Revolver" markalı tapança, həmçinin 32 ədəd müxtəlif çaplı patron və 1 ədəd patron darağı götürülub. Faktla bağlı istintaq aparılır. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|