|
Siyasət / 15.05.2008 21:18 «Ağ Ev» daha üç Belarus şirkətinə sanksiya tətbiq edib
Amerika hüquqi və fizxiki şəxslər qarşısında bu firmalarla ilə əlaqə saxlamaq qadağası qoyulub
ABŞ hakimiyyəti daha üç Belarus şirkətinə qarşı iqtisadi sanksiya tətbi edib. Bunlar «Lakokraska», «Steklovolokno», «Belorusskiy neftyanoy toqovıy dom» şirkətləridir. Maliyyə Nazirliyinin açıqlamasına görə, adı çəkilən şirkətlərin ABŞ-da aşkara biləcək hesabları dondurulacaq. Amerika hüquqi və fizxiki şəxslərinə bu üç firma ilə əlaqə saxlamaq qadağan edilib. Qeyd edək ki, ABŞ Belarusun «Belneftxim» dövlət konserninə qarşı hələ ötən ildən iqtisadi sanksiya tətbiq edib. Bu ilin martında isə məhdudiyyətlərlə bir qədər də genişləndirildi. Vaşinqton bu addımlarını onunla izah edir ki, Belarusda insan hüquqları pozulur, siyasi məhbuslar var. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|