|
Siyasət / 15.05.2008 20:08 İrəvan meriyasının qarşısında piket keçirilib
Aksiya iştirakçıları davamlı piketlər keçirəcəklərini bəyan ediblər
Bu gün İrəvan meriyasının qarşısında «Qanunun aliliyini tələb edirik», «Azadlıq», «Azad, müstəqil Ermənistan» kimi şüarlarla piket keçirilib. Aksiya iştirakçıları olan ermənilər İrəvanın meri Yervand Zakaryanla görüşmək istədiklərini bildirsələr də, meriyanın qarşısındakı polislər onların binaya daxil olmasına imkan verməyiblər. Piketçilərin bir qismi şüarlar səsləndirməyi davam etdirsə də, digər bir qismi etiraz əlaməti olaraq meriyanın qarşısında qəzet oxumağa, başqa bir qrup isə yerə oturaraq mahnı səsləndirməyə başlayıb. Ermənistan ümumxalq hərəkatının üzvü Norik Norikyanın sözlərinə görə, onlar meriyaya 23-24 may tarixində Azadlıq meydanında mitinq keçirmək istədikləri ilə bağlı yazılı müraciət təqdim ediblər. Meriya isə artıq 28-ci dəfə əsassız iddialar irəli sürərək, aksiyanın keçirilməsinə icazə verməyib. Etirazçılar davamlı piketlər keçirəcəklərini bəyan edərək, mitinqə icazə verilmədiyi halda, iyunun 20-də bütün xalqı Azadlıq meydanına toplayacaqlarını vəd ediblər. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|