|
İqtisadiyyat / 16.05.2008 00:10 Fermerlərə verilən subsidiyalar 25 faiz artırıla bilər
Hökumətə bununla bağlı təkliflər verilib
«Fermerlərə verilən subsidiyalar 25 faiz artırıla bilər». Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyevin ANS TV-yə verdiyi məlumata görə, hökumətə verilən təkliflərdə hər hektara görə verilən subsidiyaların 40 manatdan 50 manata qədər artırılması təklif olunur. Amma hər şey hökumətin qərarından asılı olacaq.
Xatırladaq ki, bu il subsidiyaların verilməsi üçün büdcədən 80 milyon manat ayrılıb. Kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib ki, kənd təsərrüfatına yardımların ayrılması məhsul istehsalının artmasına kömək edir. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|