|
İdman / 15.05.2008 11:05 Şahmat üzrə Prezident kuboku turniri davam edir
Hazırda turnirin qalibi olan qrossmeysterlərin yarısı azərbaycanlıdır
Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş, şahmat üzrə Prezident kuboku turniri davam edir. Turnirin açıq tipli yarışında 3 turdan sonra mütləq nəticə göstərmiş 11 şahmatçı var ki, onlardan da 5-i Azərbaycan şahmatçılarıdır. Beynəlxalq qrossmeyster Qədir Hüseynov bu tur qara fiqurlarla beynəlxalq usta Tonrike Sanikidzeni məğlub edib. Nicat Məmmədov həmyerlimiz Ramil Ələcovdan üstün olub. Beynəlxalq qrossmeyster Eltac Səfərli ağ fiqurlarla Aleksandr Belyavskini mat edib. Beynəlxalq usta Vasif Durarbəyli bu tur dünya şöhrətli Viktor Korçnoya qalib gəlib. Digər beynəlxalq usta Loğman Quliyev isə Aleksey Fyodorovdan üstün olub. Turnirin iddialılarından Vadim Milov, Naycel Şort, İvan Sokolov, Yan Timman, eləcə də Daniel Fridman iktisiz irəliləyirlər. Xatırladaq ki, İsveçrə sistemi ilə keçirilən Prezident kuboku turnirinə mayın 20-də yekun vurulacaq. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|